Çarlz Konrad
Keçmiş astronavt
Çarlz Piter “Pit” Konrad-kiçik – amerikalı astronavt. Aya uçmuş 24 insandan biri, Aya eniş etmiş 12 astronavtdan biridir. Adı NASA astronavtlarının Şərəf Lövhəsinə həkk olunub. 2 iyun 1930-cu ildə Filadelfiyada anadan olub. 1953-cü ildə Prinston universitetində aviasiya texnikası üzrə bakalavr dərəcəsi əldə edib. Elə həmin il ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin sıralarına qoşulub. Petyuksent-River aviastansiyasında ABŞ Hərbi-Dəniz Qüvvələrinin sınaqçı-pilotların məktəbini bitirib. 1960-1961-ci illərdə sınaqçı-pilotların məktəbində təlimatçı-pilot kimi işləyib. Həmin vaxt Alan Bin adlı kursantı olub. 8 il sonra onlar birlikdə Yerin təbii peykinə - Aya eniş ediblər. 1962-ci ildə Çarlz Konrad ehtiyat astronavtlar qrupuna daxil edilib. 4 kosmik uçuşda iştirak edib. İlk uçuşu 1965-ci ildə 21-28 avqust tarixlərində baş tutub və həmin vaxt “Cemini-5” missiyasının pilotu olub. İkinci uçuşu 12-15 sentyabr 1966-cı ildə “Cemini-11” gəmisinin komandiri kimi yerinə yetirib. 8 iyul 1999-cu ildə motosiklet qəzası nəticəsində aldığı travmalardan, Kaliforniyada 69 yaşında dünyasını dəyişib. Xəstəxanaya çatdırılanda xəsarətləri ciddi görünməsə də, bir neçə saatdan sonra daxili qanaxmadan dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BD%D1%80%D0%B0%D0%B4,_%D0%A7%D0%B0%D1%80%D0%BB%D1%8C%D0%B7_%D0%9F%D0%B8%D1%82