Meqasunami nəhəng dalğaları ilə fərqlənən sunamidir. Meqasunami bir qayda olaraq zəlzələlərlə yox, torpaq sürüşməsi, səma cisimləri ilə toqquşması nəticəsində baş verir. Zəlzələ nəticəsində baş verən sunaminin hündürlüyü 10-15, maksimum 30 metrə çatdığı halda, meqasunamidə dalğaların hündürlüyü yüz, hətta min metrə çata bilər. On mərtəbəli bina hündürlüyündə sunami dağıdıcı qüvvəyə malikdir, lakin dənizdə sahilboyu dağ massivinin sürüşməsi səbəbindən baş verən meqasunami isə daha dəhşətlidir.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar