İnsan həyatının dəyəri nə qədərdir, ümumiyyətlə onu pulla ölçmək mümkündürmü? Bu fəlsəfi suallara iki italiyalı ailə cavab tapmağa çalışacaq. Bütün valideynlər övladlarının xoşbəxtliyini arzulayır, bunun üçün dəridən-qabıqdan çıxırlar. Bəzən övladlarının parlaq gələcəyi üçün həyatlarını təhlükəyə belə atmaqdan çəkinmirlər. Ancaq elə vaxtlar da olur ki, onların səyləri bütün sərhədləri aşır, başqa insanların aqibətləri sual altına düşür. Restoranda keçən ağır iş günündən sonra qəhrəman həmişəki kimi velosipedlə evə qayıdır. Ancaq bu dəfə ona evə çatmaq nəsib olmayacaq: Yolda onu maşın vurur, sürücü isə hadisə yerindən qaçır. Bu insanlar kimlərdir və onların yolları niyə kəsişib?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar