Valeriya Bruni-Tedeski

Valeriya Bruni-Tedeski

Aktrisa, rejissor

BİOQRAFİYA

Valeriya Bruni-Tedeski – italiyalı-fransalı aktrisa və kinorejissordur. Fransanın 23-cü prezidenti Nikola Sarkozinin baldızıdır (Karla Bruninin böyük bacısı). 16 noyabr 1964-cü ildə İtaliyanın Turin şəhərində anadan olub. 9 yaşından Fransada yaşayır. Aktyorluq məktəbində müəllimləri Patris Şero və Pyer Romans olub. İlk rolunu Bruni-Tedeski Şeronun “Fransa oteli” filmində oynayıb. 2003-cü ildə “Dəvəyə daha asandır” filmində rejissor kürsüsündə debüt edib. 2004-cü ildə Berlin kinofestivalının münsiflər heyətinə daxil olub. 2007-2012-ci illərdə aktyor Lui Qarrellə vətəndaş nikahında olub. Onlar birlikdə Selin adı verdikləri seneqallı qızı övladlığa götürüblər. Bruni-Tedeski və Qarrel birlikdə “Ötən gecənin yuxusu” (2007) filminə çəkiliblər. Bu iş Kann kinofestivalında “Xüsusi baxış” rubrikasında münsiflər heyətinin mükafatını qazanıb. 2013-cü ildə Bruni-Tedeskinin “İtaliyada qəsr” adlı avtobioqrafik filmi ekranlara çıxıb. Filmdə Qarrel onun sevgilisi rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Valeria_Bruni_Tedeschi

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç