Hakan olduqca emosional insandır. Ürəyi açılanda deyir-gülür, ətrafında ondan daha enerjili insan olmur. Lakin bəzən ən xırda şeylər onun əhval-ruhiyyəsini bir anın içində yüz səksən dərəcə dəyişir. Həyat yoldaşı Esra isə ondan fərqli olaraq realist qadındır. Onun otuzdan çox yaşı var. Karyerasına da praqmatik yanaşır, qarşısına mümkünsüz hər hansı məqsəd qoymur. Ailədə bundan başqa “faydalı məsləhətləri” isə ən fağır adamı belə "dilə gətirən" nənə də var. Yeddi illik ailə həyatından sonra cütlük övladlığa uşaq götürmək qərarına gəlirlər. Bu həm Hakan, həm də Esra üçün tam yeni bir təcrübədir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar