Selma Ergeç
Aktrisa
Selma Ergeç (türk. Selma Ergeç ) türkiyəli aktrisa və modeldir. “Şəbəkə 2.0” filmində və “Möhtəşəm yüz il” serialında (Xəticə Sultan) oynadığı rolları ilə tanınır. Selma 1978-ci ildə Almaniyanın Hamm şəhərində anadan olub. Atası türk həkim, anası alman tibb bacısı olub. Ona tanınmış yazıçı Selma Laqerlefin adını veriblər. 1983-cü ildə ailə Mersinə köçüb. Sonradan bir müddət Ankarada yaşayıb, 1989-cu ildə Almaniyaya qayıdırlar. Selma 1995-ci ildə Şimali Reyn-Vestfaliya torpağında orta məktəbi bitirib. 1995-1996-cı illərdə Britaniyanın Oksford şəhərində Hedinqton məktəbində oxuyub. 1996-1998-ci illərdə tələbə mübadiləsi proqramı çərçivəsində Fransada yaşayıb. 1998-ci ildə yenidən Almaniyaya geri qayıdıb. Sonradan isə ata ocağı olan Türkiyəyə köçüb. Orada İstanbul Universitetində ali təhsil alıb. Ardınca Adana şəhər Universitetinin tibb fakültəsinə qəbul olunub. Bir müddət yerli tibbi klinikaların birində təcrübəçi işləyib. Selma 9 yaşından vegeteryandır. 26 sentyabr 2015-ci ildə iki il görüşdüyü biznesmen Can Özə ərə gedib. 2016-cı ildə Yasmin adlı qızları dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Selma_Erge%C3%A7