Esma və Mustafa bir-birini dəlicəsinə sevir. Onlar bir-birindən ayrı həyatı təsəvvür edə bilmirlər. Hər zaman birlikdə olmağı əhdi-peyman ediblər. Ancaq onların sevgi yolu keşməkeşlidir, qarşılarına bir sıra maneələr çıxır. Ən başlıca əngəl – etiqadla bağlıdır. Esma gizli xristiandır. Kənd camaatı, o cümlədən, Mustafa onun müsəlman olduğunu zənn edir. Bu arada Osmanlı imperiyası bir sıra islahatlar apararaq, xristianların hüquq və imtiyazlarını artırır, yerli kilsə isə gizli xristianları daha etiqadlarını açıq bəyan etməkdən qorxmamağa çağırır. Bu isə Esma üçün əsl dilemma yaradır. Görəsən düşdüyü vəziyyətdən “başını itirmiş” Esma sevgiyə, yoxsa dininə saqid qalacaq?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar