Tuba Büyüküstün
Aktrisa
Xədicə Tuba Büyüküstün 5 iyul 1982-ci ildə İstanbulda (Türkiyə) anadan olub. Doğuş orta məktəbini bitirib, ardınca Memar Sinan adına Təsviri İncəsənət Universitetində ali təhsil alıb. Kostyum və dekorasiyalar üzrə rəssam ixtisasını mənimsəyib. Tələbə olduğu illərdə aktiv şəkildə müxtəlif brendlərin (Pantene, Maximum Cart, Kremini, Molped) reklam çarxlarına çəkilib. Bir müddətdən sonra rejissor Tomris Giritlioğlunun diqqətini cəlb edib. Beləcə aktrisa “Sultan məqamı” serialında debüt edib. Ardınca “Çemberimde Gül Oya” serialına dəvət alıb. Çox keçmədən “Gülizar”, “Atam və oğlum” kimi filmlərin çəkiliş meydançalarına dəvət olunub. 2005-ci ildə “İlhamurlar altında” serialında oynadığı rolla məşhurlaşıb. Elə həmin il serialdakı tərəf müqabili Bülent İnalla eşq macərası yaşayıb. Ancaq iki ildə sonra cütlük yollarını ayırıb. “Asi” serialının çəkilişlərində quruluşçu operator Sami Saydanla tanış olub. 2008-ci ildə cütlük görüşməyə başlayıb, 2010-cu ildə isə münasibətlərə son qoyublar. 28 iyul 2011-ci ildə Parisdə aktyor Onur Saylaka ərə gedib. 2012-ci ildə əkiz qızlarını (Maya və Toprak) dünyaya gətirib. 2017-ci ildə cütlük yollarını ayırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tuba_B%C3%BCy%C3%BCk%C3%BCst%C3%BCn