Emili həyatda ailə qurmaq və isti ocaq haqqında heç zaman düşünməyib. O yalnız onun həyatda yeganə qiymətli xəzinəsinə çevrilə biləcək uşaq arzusunda olub. Bir neçə dəfə ana olmağa cəhd etsədə, hamiləlikləri uğursuzluqla nəticələnib. Nəhayət uzun müddət gözlədiyi oğlan övladını dünyaya gətirir. Emili ona Pol adını verir. Sevimli oğlunu musiqi, oyun, kitab və sonsuz məhəbbət içində sanki nağıl aləmində böyüdür. Lakin yeniyetmə üçün xarici aləm daha cəlbedici görünür, artıq Pol ətraf mühitin təsiri altına düşərək onunla mübarizə apara bilmir. Ancaq fədakar Emili, övladını qorumaq və isti qoynunda saxlamaq üçün hər şeyə qadirdir.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar