Kira Secvik
Aktrisa
Kira Secvik 19 avqust 1965-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Onun nəsli Amerikanın əsasını qoyanların kökünə gedib çıxır. Secvik Sara Lourens adına dini kolleci bitirib. Lakin ciddi qaydalarla idarə olunan məktəbdə çox dözməyən qız adi kollecə köçürülür və teatr dərəcəsi almaqla yüksək qiymətlərlə təhsilini başa vurur. “Başqa dünya” teleserialında ilk rolunu oynadıqdan sonra Kira rəsmi olaraq aktrisalıq karyerasına başlayır. 80-ci illərin sonlarında aktrisa məşhur Brodvey tamaşası “Lemn sky”ın televiziya üçün adatpasiya olunmuş versiyasına dəvət alır. Çəkiliş zamanı o dövrdə kifayət qədər tanınan aktyor Kevin Beykonla tanış olur. 1988-ci ildə cütlük evlənir və bir il sonra ilk övladları dünyaya gəlir. 1992-ci ildə Kira ikinci övladını doğur. 1989-cu ildə Oliver Stoun kimi dahi rejissorun “4 iyulda doğulmuşam” hərbi dramında çəkilir. Tom Kruzun sevgilisi rolu aktrisalıq karyerasının zirvəyə gedən yoluna qapıları açır. 1990-cı ildə Pol Nyuman və Coenn Vudvordla "Oskar"a namizəd olan “Mister və missis Bric” dramında çəkilir. Sonra Culiya Robertslə tərəf-müqabili olaraq “Söhbət üçün mövzu” filmində iştirak edir. 2007-ci ildə “Oyun planı”, 2009-cu ildə “Geymer”, 2012-ci ildə “Lənətlənmiş mücrü”, 2013-cü ildə “Açıq yaşıl”, 2015-ci ildə “Böyük səmalar”, 2016-cı ildə “Demək olar ki, 17 “ filmlərində ekrana çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kyra_Sedgwick