Filmin süjeti real hadisələrə əsaslanır. Toni mühafizəçi işləyən orta yaşlı kişidir. Hamı onu “Çərənçi” adlandırır. Çünki istənilən mövzuda boşboğazlıq etməkdə mahirdir. Elə ki, danışmağa başladı, “ağzını bağlamaq olmur”. Bundan başqa burnunu başqalarının işlərinə soxur, hamıya məsləhətlər verir. Günlərin bir günü köhnə tanışı ona zəng edərək, elmlər doktoru olan bir tanınmış musiqiçinin özünə qastrol səfəri üçün sürücü axtardığını xəbər verir. Tezliklə qaradərili musiqiçi Şerli ilə tanış olur. Onları qarşıda uzun və əyləncə dolu turne gözləyir. Bu səyahət hər ikisinin həyatını dəyişəcək...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar
Dublyaj gozeldir teklif ederdim ki, "vikdirib" tipli jarqon ve ya soyusleri oldugu kimi tercume edesiz, inanin bu dublyaji daha mohtesem edecek. Az-klaviatura ile rahat yaza bilmirem, uzrlu sayin. Ugurlar, TVSEANS
Dublyaj təkcə tərcümə etmək deyil, şəxsin dili ilə danışmaq sənətidir. Siz bu işi şəhanə bacarırsız❤️
Ugurlar olsun...