Maherşala Əli

Maherşala Əli

Aktyor

BİOQRAFİYA

Maherşala Əli (tam adı: Maherşalalxaşbaz Əli) 16 fevral 1974-cü ildə Kaliforniya ştatında anadan olub. Maherşalanın valideynləri xristian olsalar da, o tədricən islam dinini qəbul edir və Gilmor soyadını Əli ilə əvəz edir. 1996-cı ildə Kaliforniyada müqəddəs Mariya kollecini bitirir. 2000-ci ildə Nyu-York Universitetinin məzunu olur və magistr pilləsini qazanır. Kino karyerasından əlavə, Əli Şekspir adına Kaliforniya teatrında işləyir. Aktyorun kino debütü 2001-ci ildə “Cordanın araşdırmaları” serialının 19 seriyasında baş tutur. 2010-2012-ci illər ərzində “Vəhşilər”, “Şam ağacları yaxınlığında yer” filmlərində çəkilib. 2013-cü ildə Əli “Oyuncaq ev” serialının 33 epizodunda çəkilir. 2014-2016-cı illərdə Əli “Lük Keyc” serialı ilə yadda qalır. Həmçinin “Gizli fiqurlar” və “Ay işığı” filmlərində çəkilir. 2017-ci ildə “Ay ışığı” filmindəki roluna görə "Oskar" mükafatına ikinci dərəcəli aktyor kateqoriyasında layiq görülür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mahershala_Ali

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç