Viqqo Mortensen

Viqqo Mortensen

Aktyor, prodüser, bəstəkar

BİOQRAFİYA

Viqqo Piter Mortensen 20 oktyabr 1958-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Danimarka əsilli amerikalı televiziya və kino aktyorudur. Mortensen kinoda debütünü 26 yaşında gerçəkləşdirib; “Şahid” adlı dramda epizodik rol oynayıb. 90-cı illərdə aktyor karyerası adətən ikincidərəcəli rollardan ibarət olub. “Karlitonun yolu”, “Əsgər Ceyn”, “İdeal qətl” kimi blokbasterlərdə Al Paçino və Maykl Duqlas və digər ulduzlarla birgə çəkilib. Dünya şöhrətini ona rejissor Piter Ceksonun Tolkienin romanı əsasında çəkdiyi “Üzüklərin hökmdarı” kinotrilogiyasındakı cəngavər Araqornrolu qazandırıb. Ən yadda qalan filmləri: “İdalqo”, “Doğru qətl”, “Təhlükəli metod” filmləri və postapokaliptik “Yol” dramasıdır. Habelə kinotənqidçilərə görə onun aktyor sənətinin zirvəsində “Şərq vəddləri” filmində yaratdığı rusiyalı kriminal avtoritet obrazı durur. Həmçinin uşaqlarını cəmiyyətdən təcrid olunmuş şəkildə böyüdən və qeyri-standart metodlarla maarifləndirən atadan bəhs edən “Kapitan Fantastik” filmində oyandığı rolla tənqidçilərin rəğbətini qazanıb. Mortensen iki qat “Oskar” və üçqat “Qızıl Qlobus” mükafatı namizədidir. 2010-cu ildə Danimarka kraliçası II Marqrete Mortensenə Danebroq ordeninin sərkərdəsi titulunu verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80%D1%82%D0%B5%D0%BD%D1%81%D0%B5%D0%BD,_%D0%92%D0%B8%D0%B3%D0%B3%D0%BE

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç