Heminquey və Gellhorn ilk dəfə 1936-cı ildə görüşüb. Bu Floridanın səs-küylü barlarından birində baş verib. Həmin görüşə qədər hər biri artıq öz həyat və karyerasında bir çox uğurlara imza atmışdı. Heminquey tanınmış yazıçı, Gellhorn isə nüfuzlu hərbi müxbir idi. Tanışlıq tədricən odlu-alovlu məhəbbətə çevrilir və onlar izdivac bağlamaq qərarına gəlirlər. Ancaq toydan çox keçməmiş cütlük İspaniyaya yollanmalı olur. Həmin vaxt ölkədə vətəndaş müharibəsi yüzlərlə insanın canını almışdı. Gellhorn vəzifə borcunu ailə münasibətlərindən üstün tutduğundan, aralarında tez-tez düşən ixtilaf bir neçə ildən sonra yollarını ayırması ilə nəticələnir. Gellhorn boşanma üçün məhkəməyə birinci müraciət edir. Bu hadisə dahi yazıçını karyerasının ən uğurlu əsərlərindən sayılan “Zənglər kimin üçün çalır” romanını yazmağa ilhamlandırır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar