Devid Stretheyrn

Devid Stretheyrn

Aktyor

BİOQRAFİYA

Devid Rassel Stretheyrn 26 yanvar 1949-cu ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində həkim ailəsində dünyaya göz açıb. Ata babası miliyyətcə şotland, ata nənəsi isə havaylı olub. Stretheyrn “Redvud” orta məktəbində oxuyub. Ardınca 1970-ci ildə Massaçusets ştatının Uilyams kollecini bitirib. Təhsilini Florida ştatının Venesiya şəhərində "Ringling Bros. and Barnum & Bailey Clown College" kollecində davam etdirib. Ulduza çevrilməzdən əvvəl, gəncliyində bir müddət sirkdə klounluq edib. Peşəsi tibb bacısı olan Loqan Qudmen Streteyrnlə evlidir. Onlar Nyu-Yorkun Pukipsi şəhərində yaşayırlar. Cütlüyün Tey və Ebberli adlı iki övladı var. Tey aktyor və caz pianoçusudur, atası ilə “Səkkizlik oyunu tərk edir” və “Şerifin ulduzu” filmlərinə çəkilib. Ebberli Massaçusets Texnologiya İnstitutunun məzunudur, memar işləyir. Devid Stretheyrn “Gecəniz xeyrə və uğurlar” bioqrafik dramında CBS telekenalının jurnalisti Edvard Merou roluna görə “Oskar” mükafatına namizəd olub. Həmin rol ona 2005-ci ildə Venesiya kinofestivalında "Ən yaxşı kişi rolu" nominasiyasında “Volpi” kubokunu qazandırıb. Bundan başqa, “Qızıl qlobus”, BAFTA və ABŞ kinoaktyorları Gildiyasının mükafatlarına namizəd olub. Onun digər əlamətdar filmləri arasında “Herrisonu xilas etmək” (2000), “Dolores Kleyborn” (1995), “Səkkizlik oyunu tərk edir” (1988) kimi filmləri sadalamaq olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/David_Strathairn

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç