Klayv Ouen
Aktyor, prodüser
Klayv Ouen 3 oktyabr 1964-cü ildə Böyük Britaniyanın Koventri şəhərində anadan olub. 1990-1991-ci illərdə ITV telekanalında yayımlanan “Chancer” serialında oynadığı baş rolla şöhrət qazanıb. 1991-ci ildə lentə alınmış “Gözlərimi bağla” adlı filmi onun kino karyerasında tramplin rolunu oynayıb. “Yaxınlıq” (2004) adlı melodramda canlandırdığı obraza görə ən yaxşı ikinci dərəcəli aktyor nominasiyası üzrə “Qızıl Qlobus” və BAFTA mükafatına layiq görülüb. Eyni nominasiya üzrə “Oskar” mükafatına namizəd olub. “Günahlar şəhəri” (2005), “Xəyanətin qiyməti” (2005), “Tutulmayan oğru deyil” (2006), “Bəşər övladı” (2006) və “İnterneşnıl” (2009) kimi filmlərə görə tanınır. 2012-ci ildə “Heminquey və Qelxorn” (2012) filminə görə ən yaxşı baş rol ifaçısı nominasiyası üzrə “Emmi” mükafatı ilə təltif edilib. Rok musiqisini dinləməyi çox sevir, vaxtaşırı olaraq “Hard-Fi” və digər rok qruplarının konsertlərinə gedir. “Liverpul” futbol klubunun azarkeşidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Clive_Owen