Övladlarının faciəli ölümündən sonra evli cütlük dərin sarsıntı keçirir. Uzun müddət baş verənlərlə barışa bilməyən ər-arvad olanları unutmaq üçün dəniz səyahətinə çıxmaq qərarına gəlir. Səyahət zamanı qarşılarına bir qayıq çıxır. Həmin qayıqda ağır vəziyyətdə olan bir kişini aşkarlayırlar. Onu xilas etmək üçün öz yaxtalarının göyərtəsinə qaldırıb yardım göstərirlər. Kişi özünə gəldikdən sonra gəmisini tərk etmək məcburiyyətində qaldığını bildirsə də, bunun səbəbini açıqlamır. Cütlük baş verən hadisəyə aydınlıq gətirmək üçün atılmış gəminin axtarışına yollanır. Lakin gördükləri onları dəhşətə gətirir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar