Sem Nill

Sem Nill

Aktyor

BİOQRAFİYA

Sem Nill “Yura dövrü parkı”, “Yura dövrü parkı 3”, “Qırmızı oktyabr ovu” filmləri və “Peaky Blinders” serialındakı rolları ilə şöhrət qazanıb. Üç dəfə “Qızıl Qlobus” mükafatına namizəd göstərilib. Sem Nill - 14 sentyabr 1947-ci ildə Şimali İrlandiyanın Oma şəhərində anadan olub. Atası hərbi zabit olub. Anası ingilisdir. Valideynləri Yeni Zelandiyada spirtli içkilərin satışı ilə məşğul olan “Nill və Ko” şirkətinə sahib olub. 1954-cü ildə ailə Yeni Zelandiyaya qayıdıb. Orada Kraysçörç kollecində, daha əvvəl ingilis internat məktəbində oxuyub. Orta təhsili başa vurduqdan sonra Kenterberi universitetinə daxil olub. Adıçəkilən ali təhsil ocağında ingilis ədəbiyyatı üzrə oxuyub. Tələbə olduğu illərdə ilk dəfə aktyor olaraq özünü sınayıb. Daha sonra Vellinqtonda Kraliça Viktoriya universitetində oxuyub. Orada ingilis dili ədəbiyyatı üzrə incəsənət bakalavr dərəcəsi əldə edib. Məzun olduqdan sonra yeni zelandiyalı aktrisa Liza Harrou ilə ailə qurub. Cütlüyün 1983-cü ildə Tom adlı oğlu, 1991-ci ildə isə qrim ustası Noriko Vatanabedən Yelena adlı qızı dünyaya gəlib. Vatanabe ilə münasibətlərini 1989-cu ildə rəsmiləşdiriblər. Nilin bundan başqa 20 yaşında olanda dünyaya gəlmiş Endrü adlı oğlu var. Həmin vaxt oğlunu övladlığa verib. Ancaq illər sonra onu axtarıb taparaq, geri qaytarıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sam_Neill

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç