Rassel Krounun (Russell Crowe) baş rolunu üstləndiyi Unhinged’ın ABŞ-da 1 iyulda premyerasının olması açıqlandı. Premyera təqvimində dəyişiklik edilmədiyi tədqirdə Amerikada film salonları yenidən açıldıqdan sonra premyerası olacaq ilk film Unhinged olacaq.
Bütün dünyada yayılan koronavirus epidemiyası bir çox ölkədə artıq yavaş-yavaş kontrol altına alınarkən, həyatın normala qayıtması üçün də ilk addımlar atılmağa başlanıldı. Bununla bağlı film salonlarının nə vaxt açılacağına dair də yol xəritələri müəyyən edildi. Bəzi Avropa ölkələrində salonlar bu ay müəyyən qaydalarla açılacaq.
ABŞ-da epidemiya hələ təsirini ciddi formada göstərməyə davam edirsə də, orada da film salonlarının yenidən açılması üçün planlar qurulmağa başlanıldı. Belə ki, Warner Bros., film salonlarının o tarixə qədər yenidən açılmış olacağı ümidi ilə Kristofer Nolanın (Christopher Nolan) yeni filmi Tenet‘ın 17 iyul olan premyera tarixini hələ ertələmədi. Studiyaya yaxın mənbələrə görə Kristofer Nolan (Christopher Nolan), kinoteatrları yenidən həyata qaytaran filmin Tenet olmasını istəyir. Studiyanın da rejissorunun bu istəyini yerinə gətirə biləcəyi müəyyən edilir.
Ancaq son xəbərlər, Warner Bros. Kristofer Nolanın (Christopher Nolan) istəyini qəbul etsə də, epidemiyadan sonra film salonlarında geniş paylaşıma girəcək ilk filmin Tenet olmaya biləcəyini göstərir. Çünki Unhinged‘in 1 iyulda, yani Tenet’dən təxminən iki həftə əvvəl premyerası olacağı açıqlandı.
Tenet kimi ilin ən çox gəlir əldə edən filmlərindən biri olacağına dəqiq baxılan bir proyektin epidemiyadan sonra premyerası olması kassa uğuru adında böyük risk təşkil etsə də, Unhinged üçün bu çox avantajlı ola bilər. Uzun müddət sonra kinoteatrlarda premyeraya girən ilk film olması, film salonunda film izləməyi sevən filmsevərləri çəkməsini və beləcə normalda əldə edə biləcəyindən daha geniş bir kütləyə çatmasını təmin edə bilər. Digər yandan filmin daha əvvəl müəyyən edilən premyera tarixi olan 4 sentyabr həftəsinin A Quiet Place Part II kimi ertələnən filmlərin gəlməsilə ümumilikdə çoxalması da premyera tarixində edilən bu dəyişikliyin məntiqli bir addım ola biləcəyini göstərir.
Carl Ellsworth (Red Eye, Disturbia)’ün yazdığı, Derrick Borte (The Joneses)’nin rejissoru olduğu Unginhed’ın baş rolunda peşəkar aktyor Rassel Krou (Russell Crowe) yer alır. Film, tıxacda siqnal verdiyi üçün həm özünün, həm də ailəsinin dalınca düşən adama görə həyatı kabusa çevrilən bir qadına hədəflənir.