Lionsgate, populyar video oyunundan filmə adaptasiya olunacaq, Elay Rafael Rot (Eli Roth) imzalı Borderlands filminin baş rolunda yer alması üçün Keyt Blanşett (Cate Blanchett) ilə görüşür.
Resident Evil ilə bərabər 2000-ci illərdə, video oyunlarından böyük ekrana adaptasiya olunan filmlər bolluğu başlamış, sonrakı illərdə "Tomb Rayder: Lara Kroft" (Tomb Raider), Warcraft, Assassin’s Creed, Saylent Hill (Silent Hill), "Sürət Ehtirası" (Need for Speed), Max Payne kimi adaptasiyalar kinoteatrlarda yer almışdı. Bu adaptasiyalar, gözlənilən nəticəyi heç cür verə bilməmiş və oyun sevərləri xəyal qırıqlığına uğratmışdı. Bu mənfi hallara baxmayaraq Hollywood, video oyunları kinoya uyğunlaşdırmaqda israr etməyə davam edir. Həqiqətən, önümüzdəki illərdə Uncharted və Mortal Kombat kimi adaptasiyaları böü ekranda izləyəcək olmamız bunun ən böyük nəticəsidir.
Bu istiqamətdə Lionsgate, eyniadlı populyar video oyunundan filmə adaptasiya olunacaq Borderlands filmi üçün hazırlıqlara başladı. Çəkilişlərinə bu ilin sonunda başlanması planlanan filmin aktyor heyəti ilə bağlı işləri davam edir. Hətta filmin baş rolunda yer alması üçün çox önəmli bir aktrisanın adı keçir. Variety’nin xəbərinə görə peşəkar aktrisa Keyt Blanşett (Cate Blanchett), Borderlands’ film adaptasiyasının baş rolunda yer ala bilər. Borderlands’in film adaptasiyasının rejissoru Elay Rafael Rot (Eli Roth) olacaq.
Borderlands, Pandora, zəngin mineral ehtiyatlarına görə yaşıl ərazilərin məhv edildiyi, tamamilə tərk edildiyi və müstəmləkə olunduğu bir planetdir. Filmdə rol alarsa Keyt Blanşett (Cate Blanchett), inanılmaz güclərə sahib bir grup qadının yer aldığı Siren sinfinin üzvlərindən Lilith’i canlandıracaq.
Filmi, 2002-ci il istehsalı Cabin Fever filmiylə filmə dünyasına addım atan və Hostel seriysı ilə dünya miqyasında şöhrət əldə edən, Keyt Blanşettlə (Cate Blanchett) House with a Clock in its Walls filmində birlikdə çalışan Elay Rafael Rot (Eli Roth) rejissoru olacaq. “Emmi” mükafatlı "Çernobıl" (Chernobyl) serialının ssenaristi Kreyq Mazin (Craig Mazin) isə filmin ssenarisinə son nöqtəni qoyacaq.
Filmlərində şiddət və işkəncə səhnələrinə geniş yer vermesiylə bilinən Elay Rafael Rotun (Eli Roth) necə bir adaptasiyaya imza atacağı maraq mövzusdur. Önümüzdəki dövrlərdə Keyt Blanşettin (Cate Blanchett) filmdə yer alıb almayacağını birlikdə görəcəyik.