Uill Smit və Coel Edgerton "Bright 2"də Rol Alacaq!

11 May, 2020

Devid Eyer (David Ayer), Uill Smit (Will Smith) və Coel Edgertonlu (Joel Edgerton) Bright’ın davam filminin rejissoru olmaqdan imtina etdi. Netflix, Devid Eyerin (David Ayer) ssenarist və prodüser olaraq qalacağı Bright 2’nin rejissoru olması üçün The Incredible Hulk"Yalanın İllüziyası" (Now You See Me) kimi filmlərlə tanınan Lui Leterye (Louis Leterrier) ilə görüşülür.

"Patrul" (End of Watch), "Qəzəb" (Fur) və mənfi rəylər "İntihar Dəstəsi" (Suicide Squad) filmləri ilə film dünyasında tanınan Devid Eyerin (David Ayer) rejissoru olduğu 2017-ci il istehsalı Netflix filmi Bright; insanların, orklar, elflər və pərilərlə bir arada yaşadığı alternativ bir dünyada keçən hekayəsilə diqqət çəkmiş, polis olan bir ork ilə bir insanın yaşadıqlarını hədəf almışdı.



İzləyicilərdən və tənqidçilərdən mənfi rəylər alan film, Netflix’də yüksək izlənmə rəqəmlərinə çatınca davam filminin çəkilməsi gündəmə gəldi. Ötən illərdə Netflix, Bright’ın davam filminin çəkilməsi üçün hazırlıqlara başlamış və Devid Eyerin (David Ayer) də davam filminin rejissor kürsüsünə oturacağı açıqlanmışdı.

Ancaq yazıb, rejissoru olacağı The Dirty Dozen remeykini hazırlamaqla məşğul olan Devid Eyer (David Ayer), sıx çalışma təqvimindən ötrü Bright’ın davam filminin rejissoru olmaqdan imtina etdi və proyektdə prodüser və ssenarist olaraq qalmağa qərar verdi. Daha sonra Netflix, filmin rejissoru olması üçün yeni bir rejissor axtarışına çıxdı.

Louis Leterrier Bright

Deadline’ın xəbərinə  görə Netflix, Bright 2’nin rejissoru olması üçün The Incredible Hulk, Clash of the Titans, "Yalanın İllüziyası" (Now You See Me) filmlərinə imza atan, 1982-ci il istehsalı kült film The Dark Crystal’ın öncəsində yaşananları mövzu götürən Netflix serialı The Dark Crystal: Age of Resistance‘in rejissoru olan Louis Leterrier ilə görüşür. Yaxın günlərdə Lui Leteryenin (Louis Leterrier) filmin rejissoru olub olmayacağını birlikdə görəcəyik.

Digər yandan ilk filmin baş rollarında yer alan Uill Smit (Will Smith) və Coel Edgerton (Joel Edgerton), davam filmi üçün Bright kainatına geri qayıdır. Devid Eyer (David Ayer), filmin ssenarisini qələmə aldığı Beauty and the Beast, The Huntsman: Winter’s War, Charlie’s Angels kimi proyektlərin ssenaristi olaraq tanınan Evan Spiliotopoulos ilə birlikdə qələmə alır.

 

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər