Dueyn Conson və Emili Blant Yenidən Bir Araya Gəlir!

09 May, 2020

Jungle Cruise filmində birlikdə çalışan Dueyn Conson (Dwayne Johnson) və Emili Blant (Emily Blunt), super güclər verilən bir cütlüyün hekayəsini danışan Ball and Chain üçün yenidən bir araya gəlir.

Son illərdə baş rolunu üstləndiyi filmlərin kassada əldə etdiyi uğur sayəsində Hollivudun axtarılan adları arasına girən Dueyn Conson (Dwayne Johnson) və son olaraq Mary Poppins Returns ilə kinoteatrlara qonaq olan uğurlu aktyor Emili Blant (Emily Blunt), bir çox studiyanın dalınca qaçdığı Ball and Chain adlı proyekt üçün yenidən bir araya gəlir. İkili daha əvvəl Disney’in, koronavirus epidemiyası səbəbilə 2021-ci ilə ertələmək məcburiyyətində qaldığı böyük büdcəli kəskin janrlı filmi Jungle Cruise’da birlikdə çalışmışdı.

 

1999-cu ildə yayımlanan dört cildlik komiks seriyasından adaptasiya olunan Ball and Chain, super güclər verilən evli bir cütlükdən bəhs edir. Həmişə mübahisə edən bu cütlüyün güclərini istifadə edə bilməsi üçün aralarındakı problemləri həll edib birlikdə işləməsi lazım gəlir. Sirli bir meteor ilə bu güclər, EdgarMallory Bulson cütlüyünün dağılmaqda olan evliliği üçün yeni bir umid doğur.

Ball and Chain’in ssenarisi, Kumail Nanjiani ilə birlikdə ssenarisini yazdığı The Big Sick filmiylə Ən Yaxşı Orijinal ssenari nominasiyasında “Oskar” namizədliyi qazanan Emily V. Gordon‘ın imzasını daşıyır.

Dwayne Johnson Emily Blunt


İstər bir araya gətirdiyi adlar, istər kassa uğuru vəd edən mövzusu ilə bir çox studiyanın və rəqəmsal platformanın diqqətini çəkən proyekt üçün çox sayda şirkətin olduğu, ancaq bu anda proyekti almağa ən yaxın şirkətin Netflix olduğu qeyd edilir.

Dueyn Consonda (Dwayne Johnson) da Emili Blant (Emily Blunt) da super qəhrəman filmlərinə yad adlar deyil. Dueyn Conson (Dwayne Johnson), bu aralar DC komikslərindən adaptasiya olunan Black Adam filmində rol almağa hazırlaşır. Emili Blant isə istər Skarlett Yohansson (Scarlett Johansson) ilə razılaşmadan əvvəl Black Widow rolunun təklif edildiyi ad olmasıyla, istərsə də illərdir Fantastic Four filmində Sue Storm’u canlandıracağının danışılması ilə bu janrda tez-tez iştirak edən bir addır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər