"Spider-Man" Proyektlərinin Premyera Tarixləri Dəqiqləşdi!

28 Aprel, 2020

Davam filmləri üçün Sony'dən açıqlama var! Sony Pictures studiyaları koronavirus pandemiyası səbəbilə çıxış proqramlarına yenidən baxmağa davam edir və indi, iki ədəd "Hörümçək adam" (Spider-Man) proyektinin premyera tarixini də bir neçə ay irəliyə apardı. Verilən açıqlamada Marvel-Sony'nin "Hörümçək adam" (Spider-Man) davam filminin 16 iyul 2021-ci ildən, 5 noyabr 2021-ci ilə keçirildiyi bildirildi. Sony Pictures Animation isə "Hörümçək Adam: Hörümçək Kainatına" (Spider-Man: Into the Spider-Verse) davam filmini 8 aprel 2022-ci ildən, 7 oktyabr 2022-yə ertələdi.

Сиквелы «Человека-паука», «Тора» и «Доктора Стрэнджа» получили новые даты премьер

Tom Holland’ın baş rol oynadığı ikinci film "Hörümçək Adam: Evdən Uzaq" (Spider-Man: Far From Home), dünya miqyasında kassada 1.13 milyard dollar gəlir əldə etdi və 2019-cu ilin ən uğurlu filmlərindən biri oldu. Yeni planlanan film, 2017-ci ildə "Hörümçək Adam: Evə Qayıdış"la (Spider-Man: Homecoming) birlikdə sərgidəki üçüncü film olacaq. "Hörümçək Adam: Hörümçək Kainatına" (Spider-Man: Into the Spider-Verse) keçən il ən yaxşısı animasiya filmi nominasiyasında Akademiya mükafatı qazandı və dünya miqyasında 375 milyon dollar gəlir əldə etdi.

Tom Holland’ın yer aldığı video oyun adaptasiyası “Uncharted” da 8 oktyabr 2021-ci ildən, 16 iyul 2021-ci ilə ertələmişdi və yeni "Hörümçək adam" (Spider-Man) filmiylə eyni günə təsadüf edirdi. Eyni gün iki Tom Holland filmi nümayiş oluna bilər dərkən son ertələmə xəbərlərləri gəldi. Studiya eyni zamanda TriStar’ın Dakota Fenninq (Dakota Fanning) və El Fenninqin (Elle Fanning) baş rolu paylaşdığı “The Nightingale” üçün hələlik bir premyera tarixi müəyyən edilmədi. Bacılar, ilk dəfə eyni proyektdə yer alacaq və Kristin Hannah'ın 2015-ci ildə ən çox satanlar siyahısına girən "The Nightingale" adlı romanından adaptasiya olunacaq filmdə oynayacaq. Film, II.Dünya müharibəsi ərəfəsində Fransaya gələn iki bacı və onların Fransanın Nasist işğalından sonra sağ qalması müddətindəki mübarizəsinə hədəflənəcək.

Box Office: 'Spider-Man: Far From Home' Is About To Swing Past ...

Sony bundan əlavə, 23 oktyabr 2020-ci ildən, 2 aprel 2021-ci ilə, altı aylıq bir ertələmə ilə Kevin Hart dramı “Fatherhood”a da yeni bir tarix verdiyini açıqladı. Pol Vayts (Paul Weitz), “Two Kisses for Maddy: A Memoir of Loss and Love”da yer alan xatirələrdən yola çıxaraq Dena Stivensin (Dana Stevens) yazdığı bir ssenarinin rejissoru olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər