El Fenninq
Aktrisa
Meri El Fenninq 9 aprel 1998-ci ildə ABŞ-ın Corciya ştatının Konyers şəhərində anadan olub. Anası Coy Fenninq keçmiş peşəkar tennisçi, atası Stiv Fenninq keçmiş beysbolçudur. Ana babası Rik Errintqon “Filadelfiya İqlz” komandasının keçmiş kvoterbekidir. Aktrisa alman və irland əsillidir. Fenninq baptist ailəsində böyüyüb. Aktrisalıq karyerası 3 yaşından başlayır desək yanılmarıq. Bacısı Dakotaya oxşadığına görə, “Mən Seməm” (2001) və “Oğurlanmış” (2002) onun oynadığı personajların daha azyaşlı rolunu oynayıb. 2002-ci ildə dörd yaşında olanda “Növbətçi ata” adlı filmdə ilk dəfə olaraq müstəqil rola çəkilib. 2003-cü ildə Ceff Brices və Kim Besingerin baş rollara çəkildiyi “Döşəmədəki qapı” filminin çəkilişlərinə qatılıb. 2003-cü ildə El “Vinni Diksinin sayəsində” filmində epizodik rol alıb, 2004-cü ildə isə “Mənim qonşum Totoro” adlı Disney cizgi filmində Mey adlı personajı səsləndirib. 2005-ci ildə “Şarlottanın toru” filmində bacısı Dakotanın personajı – Fern Arablın gələcək nəvəsi rolunu oynasa da, həmin səhnələr montajda filmdən çıxarılıb. Elə həmin ilin ortalarında El Bred Pitt və Keyt Blanşettin baş rollara çəkildiyi, “Oskar” mükafatına namizəd olmuş “Babilistan” filmində Debbi Cons obrazını canlandırıb. 2006-cı ildə “Doqquzlar” və “Deja Vü” filmlərinin çəkilişi və səsləndirilməsində iştirak edib. 2006-cı ildən etibarən mərkəzi rolları oynamağa başlayıb. Məsələn həmin dönəmlərdə faciəvi avtomobil qəzasından bəhs edən “Qoruq yolu” filmində Xoakin Feniks və Cennifer Konnellnin qızı rolunu oynayıb. 2007-ci ilin ortalarında “Bencamin Battonun sirli hekayəsi” filmində kiçik rol alıb (Keyt Blanşetin personajının uşaqlığını oynayıb). 2014-cü ildə rejissor Robert Stromberqin “Malefisenta” fentezisində şahzadə Avrora rolunu oynayıb. 2017-ci ildə rejissor Don Siqelin "Aldadılmış” filminin remeykinə çəkilib. Kolin Farrel, Klint İstvud, Kirsten Danst, Una Lourens kimi aktyorlarla kamera önünə çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elle_Fanning