M. Nayt Şyamalanın Filminin Premyerası Təxirə Salındı!

10 Aprel, 2020

Universal, koronavirus epidemiyası səbəbiylə M. Nayt Şyamalanın (M. Night Shyamalan) 26 fevral 2021-də premyerası olması planlaşdırılan kəskin janrlı yeni filmini premyera təqvimindən çıxardı.

"Altıncı Hiss" (The Sixth Sense), Unbreakable, Lady in the Water, The Happening, Split, "Şüşə" (Glass) filmləri ilə enişli-çıxışlı bir karyera sərgiləyən, nə edərsə etsin yeni proyektlərini, həmişə maraqla gözlədiyimiz rejissorlar arasında yer alan M. Nayt Şyamalan (M. Night Shyamalan), son olaraq rejissoru və prodüseri olduğu Apple TV+ serialı Servantla izləyicinin ürəyini fəth etdi. Servantla serial dünyasına yönələn M. Nayt Şyamalan (M. Night Shyamalan), bir yandan yeni film proyektləri üzərində çalışmağa davam edir.



Hətta Universal, keçən il yazıb, rejissoru olacağı iki yeni film üçün M. Nayt Şyamalan (M. Night Shyamalan) ilə razılaşıldığını açıqlamışdı. Kəskin janrdakı bu filmlərin ilkinin 26 fevral 2021-də, ikincisinin isə 17 fevral 2023-də premyerası olması planlanlaşdırılırdı. Ancaq Universal bu filmlərlə bağlı önəmli bir qərar verdi. M. Nayt Şyamalanın (M. Night Shyamalan) yeni filmi Universal’ın premyera təqvimindən çıxardı. Deadline’ın xəbərinə görə Universal, koronavirus epidemiyasının film istehsalını dayandırmasından sonra premyerasını ertələdi.

Стекло 2019 - стоит ли смотреть фильм (рецензия и мнения зрителей ...

Universal, hazırda epidemiya səbəbilə film dünyasının içində olduğu vəziyyətə görə bu qərarı aldığını açıqladı. Koronavirus epidemiyasının dünyadaki gedişatına bağlı olaraq kəskin janrdakı bu filmin çəkilib çəkilməyəcəyini sonra biləcəyik.

Digər tərəfdən Universal’ın, "El Camino: A Breaking Bad Serialı Əsasında" (Breaking Bad) və Better Call Saul’da Saul Goodman’a həyat verən Bob Odinkirkin (Bob Odenkirk) baş rolunda yer aldığı, 14 avqustda premyerası olması planlaşdırlan kəskin janrlı filmi Nobody‘nin premyera tarixini 26 fevral 2021’ə ertələdiyini qeyd edək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər