Nia DaCosta İmzalı "Candyman" Sentybara Keçirildi!

08 Aprel, 2020

Cordan Pilin (Jordan Peele) prodüser kürsüsündə olduğu qorxu filmi "Candyman" ilə bağlı yenilik yaşandı. Film, koronavirus epidemiyası səbəbilə premyera tarixləri ertələnən filmlər arasına qatıldı. Dünya miqyasında yayılan pandemiya səbəbindən kinoteatrların bağlanması, yay aylarında premyerası olacaq bir çox filmin ertələnməsinə səbəb olduğu kimi Nia DaCosta imzalı Candyman'in də irəli bir tarixə keçirilməsinə səbəb oldu.

Koronavirus səbəbiylə dünya miqyasındakı demək olarki bütün kinoteatrlar bağlandı. Bəzi kinoteatrlar online təqdimata davam edərkən, bəziləri də maşınla olan açıqhava kinoteatrına çevrildi. Festival filmlərini Amazon Prime oxşarı streaminq platformlarında, Youtube'da ya da öz saytlarında yayımlamağa davam edərkən, yüksək kassa gəliri qazanmağı ümid edən filmlər premyerasını təxirə salmaq qərarı aldı. Bu filmlərin arasına "Candyman" də əlavə edildi. Keçmiş tarixi 12 iyun 2020 olan "Candyman"in yeni tarixi 25 sentyabr 2020 seçildi.

Trailer du film Candyman - Candyman Bande-annonce VO - AlloCiné

1992-ci ildə orijinal "Candyman"in ardından yenidən Toni Toddu (Tony Todd) izləyəcəyimiz qorxu janrındakı filmin mövzusu isə belədir: "Candyman", Çikaqoda yaşanan bir şəhər əfsanəsini araşdıran gənc bir adamın hekayəsini mövzu götürür. Rəvayətə görə "Candyman", güzgü qarşısında adını beş dəfə deyən adama görünür. Ancaq onun ortaya çıxması, çox da yaxşı hadisələrə yol açmır. Bir universitetdə yerli əfsanələrlə bağlı dissertasiya işi yazan, keçmişdə xurafata çevrilən Candyman’i araşdırmağa qərar verir. Ətrafındakı insanlar ona bu mövzunu araşdırmaması üçün xəbərdarlıq etsə də, o deyilənlərə fikir verməyərək işə atılır. Qorxulacaq bir şey olmadığını hamıya sübut etmək istəyən gənc adam, güzgü qarşısına keçərək, qadağan olunmuş adı beş dəfə təlləffüz edir. Bu andan etibarən yaşananlar, heç də gənc adamın fikirləşdiyi kimi olmur.

Candyman Trailer Brings The Urban Legend Back To Life | Movies ...

Toni Toddla (Tony Todd) yanaşı "Akvamen" (Aquaman), First Match, Möhtəşəm Showman kimi proyektlərdən tanıdığımız Yahya Abdul-Mateen IIIf Beale Street Could Talk filmiylə qarşımıza çıxan Teyona Parris (Teyonah Parris) kimi adlar Candyman'in aktyor heyətində iştirak edir. "Rədd Ol!" (Get Out) filmiylə “Oskar” mükafatının sahibi olan və “Us” filmiylə tənqidçilər ilə izləyicilər tərəfindən müsbət rəylər alan “Oskar” mükafatlı rejissor və aktyor Cordan Pil (Jordan Peele), Win Rosenfeld ilə birlikdə filmin ssenarisini üstlənir. Cordan Pil (Jordan Peele) eyni zamanda filmin prodüserləri arasında da yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər