R.Qoslinq "The Hail Mary" Adaptasiyasının Baş Rolunda Yer Alacaq!

31 Mart, 2020

Rayan Qoslinq (Ryan Gosling), "Marslı Adam" (The Martian) yazarı Endi Veyrin (Andy Weir) yeni romanı The Hail Mary’nin film adaptasiyasının baş rolunda yer alacaq. Rayan Qoslinq (Ryan Gosling), filmdə bir astronotu canlandıracaq.

Half Nelson, Blue Valentine, Drive, "Mart Təlatümləri" (The Ides of March), La La Land filmlərində həyat verdiyi bir-birindən fərqli xarakterlərlə adından söz etdirən Rayan Qoslinq (Ryan Gosling), ən son Demyen Şazell (Damien Chazelle) ilə yenidən bir araya gəldiyi 2018 proyekti "Birinci"də (First Man) izləyici ilə görüşmüşdu. Rayan Qoslinq (Ryan Gosling), "Birinci"də (First Man) Aya ilk ayaq basan amerikalı astronot Neil Armstrong’u canlandırmışdı.



Təxminən iki ildə bir filmdə rol almayan Rayan Qoslinq (Ryan Gosling), böyük ekrana geri dönməyə hazırlaşır. Deadline’ın xəbərinə görə Rayan Qoslinq (Ryan Gosling), "Marslı Adam" (The Martian) yazıçısı Endi Veyrin (Andy Weir) yeni romanı The Hail Mary‘nin film adaptasiyasının baş rolunda yer alacaq. Rayan Qoslinq (Ryan Gosling), The Hail Mary adaptasiyasının prodüserliyini də üstlənəcək.

Ryan Gosling Andy Weir

 "Marslı Adam" (The Martian) ilə oxşar mövzulara sahip olan The Hail Mary, bir astronotun planetimizi qurtarmaq üçün tək getdiyi tapşırıqda yaşadığı hadisələri mövzu götürür. "Birinci"dən (First Man) sonra yenidən bir astronotu canlandıracaq Rayan Qoslinq (Ryan Gosling), eyni zamanda filmin prodüserliyini də üstlənəcək.

Rayan Qoslinqli (Ryan Gosling) filmin rejissoru, ssenaristi və aktyor heyətində hansı adların yer alacağı hələ dəqiqlik qazana bilmədi. Koronavirus epidemiyasının bütün dünyadakı gedişatına paralel olaraq, filmin çəkiliş və premyera tarixinin gələn aylarda açıqlanmasını gözləyirik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər