Anya Taylor-Joy Yeni "Dəlisov Maks" Filmində Rol Ala Bilər!

28 Mart, 2020

The Witch, Split, Thoroughbreds kimi filmlərlə tanınan Anya Taylor-Joy, Corc Millerin (George Miller) rejissoru olacağı yeni Mad Max filmində, "Dəlisov Maks: Qəzəb Yolu" (Mad Max: Fury Road) Şarliz Teronun (Charlize Theron) həyat verdiyi Furiosa xarakterinin gəncliyini canlandıra bilər.

Uğurlu vizualı, quruluşu ilə son illərin ən gözlənilən kəskin janrlı filmləri arasında yer alan Corc Miller (George Miller) imzalı "Dəlisov Maks: Qəzəb Yolu" (Mad Max: Fury Road), premyerası olduğu 2015-ci ildə yüksək kassa gəliri əldə etmişdi, bu vəziyyət davam filmlərinin yolunu açmışdı. Mad Max kainatında keçən yeni hekayələr hazırlanan Corc Millerin (George Miller), Warner Bros. ilə yaşadığı anlaşmazlıqlarından sonra yeni Mad Max filmi üçün hazırlıqlarına başlamışdı.



Yeni Mad Max filmi, izləyiciləri "Dəlisov Maks: Qəzəb Yolu"nda (Mad Max: Fury Road) danışılan hadisələrin öncəsinə aparacaq və filmdə Şarliz Teronun (Charlize Theron) həyat verdiyi Furiosa xarakterinin gəncliyinə hədəflənəcək. Ancaq Şarliz Teron (Charlize Theron), bu yeni Mad Max filmində rol almayacaq. Keçən il studiyanın Furiosa’nın gəncliyini canlandırması üçün başqa bir aktyorla anlaşacağı iddiaları ortaya çıxmışdı. Qısa müddət əvvəl ortaya çıxan bir xəbər isə bu iddiaları doğrulayır. Yeni Mad Max filminin çəkilişlərinə 2021-də başlanması gözlənir.

Variety’nin xəbərinə görə The Witch, Split, Thoroughbreds, Marrowbone, Emma kimi filmlərlə adını geniş kütlələrə eşitdirən, Anya Taylor-Joy, Corc Millerin (George Miller) rejissoru olacağı yeni Mad Max filmində Furiosa xarakterinin gəncliyini canlandıra bilər. Xəbərdə Corc Millerin (George Miller) filmdə rol alması üçün Anya Taylor-Joy da daxil olmaq üzrə bir çox aktyorla internet vasitəsi ilə görüşdüyü qeyd edilir.

Mad Max: Furiosa May Shoot in Early 2021, Anya Taylor-Joy in Talks ...

Anya Taylor-Joy’un filmdə rol alması üçün Corc Miller (George Miller) ilə görüş elədiyinə dair rəsmi bir açıqlama verilmədi. Yeni Mad Max filminin çəkilişlərinə 2021-ci ildə başlanması gözlənilir. Koronavirusun bütün dünyadakı vəziyyətinə bağlı olaraq yeni Mad Max filminin prodakşn müddətinin də ertələnmə ehtimâli olduğunu vurğulamaq lazımdır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər