Ceymi Foks  “When We Pray” Filminin Rejissoru Olacaq!

24 Mart, 2020

Aktyor kimliyi ilə tanınan Ceymi Foks (Jamie Foxx), iki keşiş qardaşı mövzu götürən When We Pray filminin rejissoru olacaq. Ceymi Foksun (Jamie Foxx) ssenaristləri arasında yer aldığı filmin çəkilişlərinə il qurtarmadan başlanması gözlənilir.

Ray Charles’ı canlandırdığı 2004-cü il istehsalı Ray filmiylə “Oskar” qazanan Dreamgirls, "Tam Zamanında" (Due Date), "XataBala" (Baby Driver) kimi fərqli janrlardakı bir-birindən uğurlu proyektlərdə rol alan Ceymi Foks (Jamie Foxx), Robert Dauni (kiçik) (Robert Downey Jr.) və "Mələyin Süqutu"nun (Gerard Butler) baş rollarında yer aldığı komediya janrındakı All-Star Weekend ilə ilk rejissorluq təcrübəsinə imza atmışdı.



Post-prodadkş müddətində olan bu filmin nə vaxt izləyici qarşısına çıxacağı maraq mövzusudur. Ceymi Foks (Jamie Foxx), rejissorluğunu üstlənəcəyi yeni bir filmlə film dünyasına addım atacaq. Deadline’ın xəbərinə görə Ceymi Foks (Jamie Foxx), inanc mövzusu üzərindən hekayəsini formalaşdıran When We Pray filminin rejissoru olacaq. Filmin ssenarisini Ceymi Foks (Jamie Foxx), Donald Ray “Speedy” Caldwell ilə birlikdə qələmə alacaq. Ceymi Foksun (Jamie Foxx) rejissoru olacağı When We Pray’in çəkilişlərinə bu ilin sonuna kimi başlanması planlaşdırılır.

Ceymi Foksun (Jamie Foxx) rejissoru olacağı When We Pray, eyni cəmiyyətdəki fərqli kilsələrdə tapşırıq alan iki keşiş qardaşı hədəf götürəcək. Qardaşlardan biri kilsəsini modern, ATM və rəqəmsal cihazlardan istifadə edərək yüksək texnologiyalı bir camaat halına gətirərkən, digər qardaş isə daha təvəzökar yoldan gedərək, çətin vəziyyətdə olan kilsəsi üçün maddi dəstək tapmağa çalışacaq.

Картинки по запросу "Jamie Foxx to Direct Faith-Based Film ‘When We Pray’ About Sibling Pastors"

2006-cı il istehsalı The Empire in Africa sənədli filminə imza atan Philippe Diaz, filmin prodüseri olaraq prodüser komandasındadır. 5 milyon dollardan az bir büdcəylə çəkilməsi planlaşdırılan filmin çəkilişlərinə il bitmədən başlanması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər