Stiven Spilberqin "West Side Story"dən Yeni Kadrlar Yayımlandı!

18 Mart, 2020

Stiven Spilberqin (Steven Spielberg) rejissoru olduğu, baş rollarında Ensel Elqort (Ansel Elgort) və Rachel Zegler’ın yer aldığı West Side Story remeykindən yeni kadrlar yayımlandı. Maraqla gözlənilən filmin, 18 dekabrda premyerası olacaq.

1961-ci ildə Jerome RobbinsRobert Uayz (Robert Wise) ikilisi tərəfindən filmə adaptasiya olunan, unudulmaz mahnıları, peşəkar xareoqrafları və izləyicini içinə çəkən, hekayəsilə vaxt içərisində kült mərtəbəsinə çatan West Side Story‘nin, peşəkar rejissor Stiven Spilberq (Steven Spielberg) tərəfindən yenidən filmə adaptasiya olunacağını qeyd etmişdik.



Romeo ilə Juliet’in hekayəsini müziklla birləşdirən remeykin ssenarisini, daha əvvəl Stiven Spilberqlə (Steven Spielberg) bir neçə dəfə işləyib MünhenLinkoln filmləri ilə “Oskar” namizədliyi əldə edən Toni Kuşner (Tony Kushner) qələmə alır. 1957-ci istehsalı eyniadlı Broadway müziklının adaptasiyası olan film, bir-birinə düşmən iki küçə dəstəsindən Jets’in üzvü Tony ilə Sharks’ın liderinin bacısı Maria arasındakı ehtiraslı sevgini mövzu götürür. West Side Story remeykinin, 18 dekabrda premyerası olacaq.



Maraqla gözlənilən West Side Story remeykinin baş rolunda "XataBala"dakı (Baby Driver) performansıyla uğur qazanan Ensel Elqort (Ansel Elgort) yer alır. Filmdə Maria xarakterinə, ilk dəfə bir filmdə rol alan 18 yaşındaki Rachel Zegler həyat verir.

Ensel Elqort (Ansel Elgort) və Rachel Zegler’lə yanaşı filmin aktyor heyətində teatr köklü Ariana DeBose (Anita), "Toni" mükafatlı David Alvarez (Bernando), Josh Andrés Rivera (Chino), House of Cards serialındakı performansıyla “Qızıl Qlobus”a namizəd olan, "Qarışqa Adam və Arı" (Ant-Man), "Birinci" (First Man) kimi önəmli proyektlərdə rol alan Corey Stoll"Diqqət Mərkəzində" (Spotlight), Molly’s Game13 Reasons Why kimi proyektlərdə rol alan Brian d’Arcy James kimi adlar da var. Orijinal filmdə Anita rolu ilə “Oskar” əldə edən Rita Moreno, remeykində Valentina xarakteriylə izləyici qarşısına çıxır.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər