Robert Uayz

Robert Uayz

Rejissor, prodüser, aktyor, ssenarist

BİOQRAFİYA

Robert Erl Uayz (ing. Robert Earl Wise, 10 sentyabr 1914 – 14 sentyabr 2005) – amerikalı kinorejissor və prodüserdir. Dördqat “Oskar” mükafatı laureatı olub. Robert Uayz 1914-cü ildə İndiana ştatının Vinçestr şəhərində anadan olub. 1940-cı ildə RKO Pictures kinoşirkətində montajçı işləməyə başlayıb. 1942-ci ildə “Vətəndaş Keyn” filmində ən yaxşı montaj işinə görə “Oskar” mükafatına namizəd olub. 1944-cü ildə  “At-adamların lənəti” qorxu filmində rejissor debütü edib. 1947-ci ildə “Öldürmək üçün doğulmuş” nuar-filmini çəkib, iki ildən sonra “Hiylə” adlı boks dramasını lentə alıb. 1959-cu ilin “Yaşamaq istəyirəm” filmi ən yaxşı rejissor nominasiyasında “Oskar” mükafatına namizəd olub. 1971-1975-ci illərdə Amerika rejissorlar gildiyasının prezidenti postunda olub. 1985-1988-ci illərdə Amerika kinematoqrafiya incəsənət və elmləri akademiyasının prezidenti olub. 14 sentyabr 2005-ci ildə Los-Ancelesdə ürək tutmasından dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B0%D0%B9%D0%B7,_%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç