Pixar’ın Yeni Animasiya Filmi “Soul”dan Treyler Yayımlandı!

14 Mart, 2020

Tina FeyCeymi Foksun (Jamie Foxx) səsləndirmə heyətində yer aldığı, Pixar’ın yeni animasiya filmi “Soul”dan treyler yayımlandı. Maraqla gözlənilən filmin, 19 iyunda premyerası olacaq. Həm uşaqlara, həm də böyüklərə istiqamətli proyektlərlə izləyicinin diqqətini qazanan, "Oyuncaqların Əhvalatı 4" (Toy Story), Wall-e, Up, Inside Out, "Fatmagülün sirri" (Coco) kimi animasiya dünyasında təməl qoyan janrda olan filmlərə imza atan Pixar‘dan yeni bir animasiya filmi də gəlir.

Картинки по запросу "New Trailer for ‘Soul’"

Səsləndirmə heyətində Tina Fey, Ceymi Foksun (Jamie Foxx), Con Ratsenberger (John Ratzenberger), Daveed Diggs kimi adların yer aldığı filmlər Up, Inside Out, Monsters, Inc. kimi proyektlərə imza atan “Oskar” mükafatlı Pete DocterStar Trek: Discovery serialının ssenaristlərindən Kemp Powers rejissorluq edir. Maraqla gözlənilən Soul filminin 19 iyunda premyerası olacaq.

İzləyicini Nyu-Yorkdan kosmik dünyaya çıxan yola dəvət edən film, səni sən edən nedir sualından yola çıxaraq hekayəsini formalaşdırır. Yaşadığımız həyatda ən çox maraq oyandıran sualların cavablarının kəşf edilməsini izləyəcəyimiz film, Nyu-Yorkun məşhur caz klubu The Blue Note’da ifa etmə xəyalları quran musiqi müəllimi Joe Gardner’ın, kanalizasiyanın deşiyinə düşdükdən sonra başqa bir aləmə keçməsilə yaşanan hadisələri mövzu götürür.



Joe Gardner’ın qeyri-adi yolunu izləyəcəyimiz film, mövzusu ilə Inside Out’un mənəvi versiyasını xatırladır. Musiqilərini "Sosial Şəbəkə" (The Social Network) üçün bəstələdiyi musiqilərlə “Oskar” qazanan, Nine Inch Nails qrupunun üzvlərindən Trent ReznorAtticus Ross‘un bəstələdiyi filmin, 19 iyunda premyerası planlaşdırılır.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər