Tina Fey

Tina Fey

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA
Tina Fey 18 may 1970-ci ildə Apper-Derbidə (Pensilvaniya ştatı, ABŞ) Donald Fey və Zenobiya Feyin ailəsində anadan olub. Tinanın Piter Fey adlı böyük qardaşı var. Tina alman, şotland və yunan əsillidir. Tina Fey uşaq yaşlarından aktyorluq və teatrla, xüsusilə də komediya janrı ilə maraqlanıb. Valideynləri ona dəstək çıxır və həvəsini daha da artırırlar. Tina 1988-ci ildə orta məktəbi bitirib, təhsil aldığı müddətdə dram klubuna üzv olub, xorda oxuyub, tennis komandasında oynayıb. 1992-ci ildə Tina Fey Virciniya Universitetinin teatr sənəti ixtisasını fərqlənmə ilə bitirib.
2004-cu ildə ekranlara çıxan “Mean Girls” filmində Tina Lindsey Lohan, Reyçel MakAdams və Emi Polerlə birlikdə əsas rollardan birini canlandırıb. 2006-cı ildə müqaviləsi bitdikdən sonra “Şənbə gecələri canlı efir” şosunu tərk edib və özünün “Studiya 30” komediya serialını çəkməyə başlayıb, burada Tina ssenarist və baş rollardan birinin ifaçısı kimi çıxış edirdi. Serialın bəstəkarı Tina Feyin həyat yoldaşı Ceff Riçmond idi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tina_Fey

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç