K.Millerin Prodüserliyi İlə "Connected"in Treyleri Çıxdı!

05 Mart, 2020

"Hörümçək Adam: Hörümçək Kainatına" (Spider-Man: Into the Spider-Verse) filmi ilə “Oskar” qazanan Fil Lord (Phil Lord) və Kristofer Millerin (Christopher Miller) prodüserliyini üstləndiyi animasiya janrındakı Connected’dan treyler yayımlandı. Oliviya Kolman (Olivia Colman) və Maya Rudolfun (Maya Rudolph) səsləndirmə komandasında yer aldığı filmin, 25 sentyabrda premyerası olacaq.

Son illərin ən yaxşı animasiya filmləri arasında göstərilən, tənqidçilər və izləyicilərdən müsbət nəticələr alan "Hörümçək Adam: Hörümçək Kainatına" (Spider-Man: Into the Spider-Verse) filmi ilə “Oskar” qazanan Fil Lord (Phil Lord) və Kristofer Miller (Christopher Miller), bir yandan rejissor və ssenarist olaraq izləyici qarşısına çıxarkən digər bir yandan da prodüser olaraq diqqət çəkici proyektlərdə yer alır.

 Фото: kinopoisk.ru

Storks, The Lego Movie 2: The Second Part, Smallfoot kimi animasiya filmlərində prodüser olaraq tapşırıq alan Fil Lord (Phil Lord) və Kristofer Millerdən (Christopher Miller) yeni bir animasiya filmi daha gəlir: Connected! Fil Lord (Phil Lord) və Kristofer Millerdin (Christopher Miller) prodüserliyini üstləndiyi Connected’ı, animasiya janrındakı Gravity Falls serialının ssenaristlərindən Michael RiandaJeff Rowe ikilisi rejissorluq edir. Oliviya Kolman (Olivia Colman) və Maya Rudolfun (Maya Rudolph) səsləndirmə heyətində yer aldığı Connected, 25 sentyabrda premyerası olacaq.

Filmin səsləndirmə heyətində "Favori" (The Favourite) filmindəki möhtəşəm performansıyla “Oskar” qazanan Oliviya Kolman (Olivia Colman), The Good Place ilə “Emmi”yə namizəd olan, "Gəlinin Rəfiqələri" (Bridesmaids), Away We Go, The Way Way Back filmləri ilə izləyicinin ürəyini fəth edən Maya Rudolf (Maya Rudolph), Pineapple ExpressThis Is the End filmləri ilə tanınan Deniel Makbrayd (Danny McBride) və Hack Into Broad City serialı ilə “Emmi” namizədliyi qazanan Abbi Jacobson kimi adlar yer alır.


Səsləndirmə heyəti ilə diqqət çəkən Connected, teknologiyanın inkişaf etdiyi dünyada bir ailənin ünsiyyət yaratma mübarizəsini böyük ekrana gətirir. Filmin mərkəzində xəyallarındakı film məktəbinə qəbul edilən Katie Mitchell və ailəsi var. Atası Rick’in təşəbbüsü ilə Katie, ailəsi ilə birlikdə təhsil alacağı məktəbə getmək üçün yola düşür, ancaq Mitchell ailəsinin yolu bir texnologiya qiyamı ilə kəsilir. İki dost nasaz robotun köməyi ilə Mitchell ailəsi, problemlərini aşmaq və dünyayı qurtarmaq üçün birlikdə çalışmaq məcburiyyətində qalır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər