Antonio Banderas "Uncharted"ın Aktyor Heyətinə Daxil Oldu!

04 Mart, 2020

Tom Hollandın (Tom Holland) başrol oynadığı filmə 3 ulduz daxil oldu. Uncharted üçün nəhayət daha böyük addımlar atılmağa başlanıldı. Bu gün, baş rollarda olmayan aktyorlardan bəziləri açıqlandı və önəmli adlar aralarında yer alır. Variety'nin xəbərinə görə, Antonio Banderas (Antonio Banderas), Sophia AliTati Gabrielle ilə birlikdə proyektə qatılıb.

Pain and Glory performansıyla “Oskar” namizədliyi alan Antonio Banderasın (Antonio Banderas) önümüzdəki proyekti də beləcə məlum oldu. Bu aktyorların kimi oynayacağı haqqında heç bir açıqlama yoxdur, amma Antonio Banderas (Antonio Banderas) yeni təcrübədən keçirdiyi “Oskar” namizədliyi sonrası pis adam rolu ilə filmdə yer alacaq kimi görünür. 

Картинки по запросу "Antonio Banderas Joins Tom Holland in ‘Uncharted’ Movie"

Venom'u dünya miqyasında böyük bir kassa gəlirinə yönləndirdikdən sonra Sony'nin tapıntılarından biri olan Ruben Fleyşer (Ruben Fleischer), Tom Hollandın (Tom Holland) xəzinə ovçusu Nathan Drake'i, Mark Uolberqin (Mark Wahlberg) isə Nathan'ın dostu və məsləhətçisi olaraq Sully'i canlandırdığı Uncharted'ın rejissoru olacaq.

Çox uzun vaxtdan bəri, video oyun adaptasiyasında Mark Uolberq (Mark Wahlberg), Nathan rolu üçün düşünülürdü amma Sony gənc Spider-Man ulduzu Tom Hollandı (Tom Holland) seçdi. Onu finans tərəfindən məntiqli olan Drake üçün istədilər.



Uncharted'ın bir xit olması vəziyyətində, gənc və populyar bir aktyorları olacaq və seriyayı uzun illər davam etdirə biləcəklər. Çəkilişlərin bir aydan qısa müddətdə başlanması gözlənilir, ancaq bu tərz kassa rekordları qırmağa namizəd bir proyekt üçün inanılmaz dərəcədə xoşniyyətli bir plan kimi görünür. Naughty Dog Şirkəti'nin daha çox Uncharted oyunu etmək planı yoxdur. Sonuncusu, 2016-cı ildə meydan çıxan Uncharted 4: A Thief’s End oldu.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər