"Krid 3"ün Ssenarisini Qələmə Alması Üçün Baylin ilə Razılaşıldı!

27 Fevral, 2020

Maykl Bakari Cordanın (Michael B. Jordan) baş rolunu üstlənəcəyi Creed 3 üçün dəqiq addımlar atılmağa başlanıldı. Filmin ssenarisini qələmə alması üçün King Richard’ın da ssenaristi olan Zach Baylin ilə razılaşıldı.

Silvestr Stallonenin (Sylvester Stallone) illər sonra Rocky Balboa rolu ilə böyük ekrana geri qayıtdığı "Krid"  (Creed), 2015-ci ildə premyerası olmuş və filmsevərlər tərəfindən bəyənilərək qarşılanmışdı. Rayan Kuqlerin (Ryan Coogler) yazıb, rejissoru olduğu film Silvestr Stalloneyə (Sylvester Stallone) üçüncü “Oskar” namizədliyini qazandırarkən, Maykl Bakari Cordanın (Michael B. Jordan) ulduzunun parlamasını təmin etmişdi.

Filmin gördüyü bu diqqət, Maykl Bakari Cordan (Michael B. Jordan) tərəfindən canlandırılan Adonis Creed’ə hədəflənən yeni bir seriyanın başlamasını təmin etdi və bu seriyanın ikinci filmi olan "Krid 2" (Creed II), 2018-ci ildə filmsevərlərin ixtiyarına verildi. "Qara Bəbir" (Black Panther) ilə məşğul olan Rayan Kuqlerin (Ryan Coogler) rejissorluğu Stiven Keypl-kiçik-ə (Steven Caple Jr.‘) təhvil verdiyi "Krid 2" (Creed II) ilk film qədər bəyənilməsə də, kassada 214 milyon dollar gəlir əldə edərək ilk filmdən də daha yaxşı bir performans göstərməyi bacardı.

"Krid 2"nin (Creed II) kasada yaxaladığı uğurun ardından seriyanın üçüncü filmlə davam edəcəyinə olacaq gözü ilə baxılsa da, Maykl Bakari Cordanın (Michael B. Jordan) yoğun iş qrafiki və Silvestr Stallonenin (Sylvester Stallone) seriyaya geri qayıtma mövzusunda istəksiz olması Creed 3 üçün hazırlıqların başlamasını gecikdirdi. Ancaq gələn son xəbərlər MGM’in nəhayət Creed 3 üçün dəqiq addımlar atmağa başladığını göstərir.

Zach Baylin will pen the latest installment in MGM's boxing film franchise.

Silvestr Stallonenin (Sylvester Stallone) Creed 3’də rol alıb almayacağı naməlumluğunu qoruyur. The Hollywood Reporter’ın xəbərinə görə yeni Krid (Creed) filminin ssenarisini qələmə alması üçün Zach Baylin ilə razılaşıldı. Bu ana qədər hərhansı bir ssenarisi böyük ekrana gətirilməyən Baylin izləyici tərəfindən tanınan bir ad deyil. Ancaq Zach Baylinin Serena və Venus Williams’ın atasının hekayəsini danışan King Richard üçün qələmə aldığı ssenari MGM’in diqqətini çəkməsi üçün yetərli  olmuş kimi görünür.

Seriyaya adını verən Adonis Creed’ə həyat verən Maykl Bakari Cordanın (Michael B. Jordan) təqvimi olduqca gərgin olduğu üçün filmin çəkilişlərinə nə vaxt başlanacağı naməlumluğunu qoruyur. Digər yandan yeni filmdə kimin rejissor olacağı və Silvestr Stallonenin (Sylvester Stallone) filmdə yer alıb, almayacağı da hələ bəlli olmadı. Ancaq daha əvvəl verdiyi açıqlamalar Silvestr Stallonenin (Sylvester Stallone) filmdə yer alma ehtimalının az olduğunu göstərir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər