"Səssiz Yer: İkinci Hissə"nin İki Yeni Tanıtım Treyleri Çıxdı!

26 Fevral, 2020

A Quiet Place Part II’dən iki yeni tanıtım treyleri yayımlandı. Con Krasinskinin (John Krasinski) yazıb rejissoru olduğu, Emili Blantın (Emily Blunt) baş rolunda yer aldığı filmin, 20 martda premyerası olacaq.

The Office’dəki performansıyla adını geniş kütlələrə eşitdirməyi bacaran Con Krasinskinin (John Krasinski) yazıb rejissoru olduğu "Səssiz Yer" (A Quiet Place), 2018-ci ildə premyerası oldu və həm filmsevərlər, həm də tənqidçilər tərəfindən diqqətlə qarşılandı. Ən xırda səsin ölümlə nəticələnəcəyi distopik bir dünyada həyatda qalmağa çalışan bir ailənin hekayəsini danışan film, izləyiciləri dikan üstündə tutan gərginlik dolu bir hekayəyi, səssizlikdən güc alan bir deyimlə böyük ekrana daşımasıyla tərif topladı.

Картинки по запросу "A Quiet Place 2's New Trailer Features Big Monsters And Lots of Running"

"Səssiz Yer" (A Quiet Place) dünya miqyasında 188 milyon dollar gəlir əldə edərək yaxaladığı uğurun ardından vaxt itirmədən hazırlıqlarına başlanan davam filmi, gələn ay filmsevərlərin ixtiyarına veriləcək. Həyəcanla gözlənilən A Quiet Place Part II üçün tanıtım işlərini davam etdirən Paramount, filmdən iki yeni bir tanıtım treyleri yayımlandı. A Quiet Place Part II, 20 mart premyerası olacaq.



A Quiet Place Part II‘nin rejissor kürsüsündə ilk filmdə olduğu kimi Con Krasinski (John Krasinski) oturur. Con Krasinskinin (John Krasinski) eyni zamanda ssenarisini qələmə aldığı davam filminin baş rolunda ilk filmdəki performansıyla tərif toplayan Emili Blant (Emily Blunt) rol alır. İlk filmdə həyatda qalmağa çalışan ailənin digər üzvlərini canlandıran Milli Simmonds (Millicent Simmonds) və Noa Cup (Noah Jupe) da davam filmində qarşımıza çıxır.

Killian Mörfi (Cillian Murphy) və Cimon Honsunun (Djimon Hounsou) aktyor heyətinə daxil olduğu A Quiet Place Part II, ilk filmdə izlədiyimiz ailənin həyatda qalmaq üçün verdiyi mübarizəyi davam edərkən, ölüm saçan bu varlıqların ilk ortaya çıxdığı dövrü və dünyanın xaosa sürüklənməsini də böyük ekrana gətirəcək. Hekayənin keçmişinə işıq tutacaq bu seriyalarda Con Krasinski (John Krasinski) də ilk filmdəki rolu ilə geri qayıdacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər