Cennifer Lourens "Don’t Look Up"ın Baş Rolunda Yer Alacaq!

21 Fevral, 2020

Adam MakKeyin (Adam McKay) yeni filmi Don’t Look Up’ın baş rolunda Cennifer Lourens (Jennifer Lawrence) yer alacaq. Doctor StrangeloveNetwork kimi qaranlıq bir siyasi satira olacağı deyilən film, bu il Netflix’də izləyicilərin ixtiyarına veriləcək.

2016-cı ildə The Big Short ilə Ən Yaxşı Ssenari “Oskarı”nı qazandıqdan sonra keçən ildə Vice ilə eyni kateqoriyada “Oskar” namizədliyi qazanan Adam MakKey (Adam McKay), yeni bir filmlə kinoteatrlara qayıtmağa hazırlaşır. Son dövrdə prodüseri  olduğu Succession serialı ilə adını eşitdirən, eyni zamanda Pon Çjun-Ho (Bong Joon-ho) ilə birlikdə Parazitlərin (Parasite) serial adaptasiyasını hazırlayacağı açıqlanan Adam MakKeyin (Adam McKay), Don’t Look Up adını daşıyan yeni filmi üçün Netflixlə razılaşdı.



Netflix’in haqlarını satın almasıyla birlikdə istehsal müddəti sürətli bir şəkildə irəliləməyə başlayan filmin çəkilişlərinə aprel ayında başlanması planlaşdırılır. Bu da Adam MakKeyin (Adam McKay) yeni filminin çok böyük ehtimalla bu il mükafat sezonunda izləyicilərin qarşısına çıxacağını göstərir. Hələ mövzu haqqında bir açıqlama verilməmiş olsa da, Netflix’in son dövrdə mükafat sezonunda çıxan filmlərini film salonlarında təqdim etməsi, McKay’in yeni filminin də Netflix’ə gəlmədən əvvəl film salonlarını ziyarət edəcəyini düşündürür. Adam MakKey (Adam McKay) imzalı Don’t Look Up’ın baş rolunda Cennifer Lourens (Jennifer Lawrence) yer alacaq.

Digər yandan film üçün hazırlıqların sürət qazanmasıyla birlikdə baş rolda yer alacaq ad məlum oldu. Don’t Look Up’ın baş rolunda, son olaraq "X-Adamlar: Qara Simurq"da (Dark Phoenix) filmsevərlərin qarşısına çıxan “Oskar” mükafatlı aktrisa Cennifer Lourens (Jennifer Lawrence) yer alacaq. Bir iki ay öncəsinə qədər, daha əvvəl bir çox filmdə birlikdə çalışdığı Devid O. Rassellin (David O. Russell) Amsterdam adıyla anılan yeni filmində rol alması gündəmdə olan Cennifer Lourens (Jennifer Lawrence), bunun yerinə Adam MakKeyin (Adam McKay) yeni proyektini seçmiş kimi görünür.

Картинки по запросу "Jennifer Lawrence to Star in Adam McKay’s Netflix Comedy ‘Don’t Look Up’"

The Big Short’da iqtisadiyyat dünyasına, Vice’da isə Amerika siyasətinə siyasi satirə dilində təqdim edən Adam MakKey (Adam McKay), bu dəfə də media sektorunu oxşar tonda bir filmlə diqqətə alacaq. Adam MakKeyin (Adam McKay) ssenarisini qələmə aldığı film, bir meteorun altı ay içində Dünyayı yox edəcəyini öyrənən iki kosmos aliminin hekayəsini danışır. İnsanları yaxınlaşan yıxıma qarşı xəbərdar etmək istəyən bu iki kosmos alimi, pis xəbəri vermək üçün media turuna çıxır.

Don’t Look Up’ın Wag the Dog, Doctor StrangeloveNetwork kimi qaranlıq bir siyasi satira olduğunu deyən Adam MakKeyin (Adam McKay), filminin bunların yarısı qədər belə yaxşı olması halında xoşbəxt olacağını qeyd edir. Adam MakKeyin (Adam McKay) Doctor StrangeloveNetwork kimi filmləri nümunə verməsi, insanları xəbərdar etmək üçün mediyanın dəstəyinə ehtiyac duyan kosmos alimlərini, qarışıq bir sistemin içində çox da xoş olmayan bir yolun gözlədiyini düşündürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər