Adam MakKey

Adam MakKey

Prodüser, ssenarist, rejissor, aktyor

BİOQRAFİYA

Adam MakKey 17 aprel 1968–ci ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. Malverndə Great Valley orta məktəbini bitirib, Pensilvaniya universitetində və Templ Universitetində təhsil alıb. Upright Citizens Brigade komediya truppasının yaradıcılarındandır. 2000-ci ildə Saturday Night Live televiziya şousu üçün bir neçə qısametrajlı filmlər çəkib. 2004-cü ildə “Teleaparıcı: Ron Burqundu haqqında əfsanə” adlı ilk tammetrajlı bədii filmini çəkib. Filmin ssenarisi MakKey və Uill Ferrelə məxsusdur. “Ögey qardaşlar” (2008), “Ehtiyatda olan polislər” (2010), “Subaylar” (2012), Aparıcı 2: təkrar salamlar (2013), Qarışqa adam (2015) filmləri ilə tanınır. 2015-ci ildə Maykl Luisin “Böyük oyun: Maliyyə qəzalarının məxfi yayları” kitabı əsasında film çəkib. 2016-cı ildə Adam ən yaxşı adaptasiya olunmuş ssenari nominasiyasında və ən yaxşı ssenari kateqoriyasında “Oskar” mükafatına namizəd olub. Nəticədə “Oskar” mükafatının sahibi olub. Adam MakKeyin baş rolda Kristian Beylin iştirakı ilə “Hakimiyyət” filmi altı dəfə “Qızıl qlobus” və 8 dəfə “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%BA%D0%B5%D0%B9,_%D0%90%D0%B4%D0%B0%D0%BC

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç