"Spiral: From the Book of Saw"dan Treyler Yayımlandı!

07 Fevral, 2020


2000-ci illərin qorxu janrlı film dünyasına yeni bir nəfəs gətirən Saw seriyasının, Kris Rok (Chris Rock) öncülüyündə hazırlanan remeyki Spiral: From the Book of Saw’dan tanıtım treyleri yayımlandı. Baş rollarında Kris Rok (Chris Rock) və Semüel L.Ceksonun (Samuel L. Jackson) yer aldığı remeyk, 15 mayda premyerası olacaq.

İyun 2019-cu ildə, 2000-ci illərin qorxu janrlı film dünyasına yeni bir nəfəs gətirən Saw seriyasının, ”Emmi” mükafatlı komediyaçı Kris Rok (Chris Rock) öncülüyündə yenidən çəkilməsi üçün ilk addımların atıldığını sizlərlə paylaşmışdıq. İlk Saw filmindən beri seriyanın böyük bir heyranı olduğunu deyən Chris Rock, yeni Saw filmiylə bağlı fikirlərini çatdırmaq üçün Lionsgate’in başçısı Joe Drake ilə əlaqəyə keçmiş, Joe Drake, Kris Rokun (Chris Rock) "Mişar 8" (Jigsaw) gətirdiyini yeni baxış bucağını çox bəyənmiş və bu yeni filmi çəkmək üçün lazım olan bütün dəstəyi verdiyini dilə gətirmişdi. Bunun üstünə Kris Rok (Chris Rock), Saw remeyki üçün hazırlıqlara başlamışdı.



Kris Rokun (Chris Rock) prodüserliyini üstləndiyi eyni zamanda baş rolunda yer aldığı filmin adı Spiral: From the Book of Saw olaraq müəyyən edildi. Filmi orijinal seriyanın  2., 3. və 4-cü filmlərini çəkən, başqa bir deyimlə seriyanın işgəncə pornosuna dönməsinin memarlarından biri olan Darren Linn Bousman (Darren Lynn Bousman) rejissorluq edir. "Mişar 8" (Jigsaw) ssenaristlərindən Pete GoldfingerCoş Stolberq (Josh Stolberg), filmin ssenarisini Kris Rok (Chris Rock) ilə birlikdə qələmə alır. Saw remeyki Spiral: From the Book of Saw filminin 15 mayda premyerası olacaq.



Filmin baş rolunda Kris Rokla (Chris Rock) bərabər ən son "Hörümçək Adam: Evdən Uzaq"da (Spider-Man: Far from Home) izlədiyimiz peşəkar aktyor Semüel L.Cekson (Samuel L. Jackson) yer alır. İkiliyə The Handmaid’s Tale serialındakı performansıyla diqqət çəkən Maks Mingella (Max Minghella) və Riverdale serialı ilə tanınan Marisol Nichols kimi adlar yer alır. Filmdə Kris Rok (Chris Rock), dəhşət verici cinayəti araşdıran detektiv Zeke’i canlandırır. Semüel L.Cekson (Samuel L. Jackson), Zeke’in atası Marcus’a həyat verərkən Maks Mingella (Max Minghella), Zeke’in iş yoldaşı William Schenk’i, Marisol Nichols isə dedektivlərin başçısı Angie Garza’yı canlandırır. Kris Rokun (Chris Rock) Saw kainatına necə bir baxış bucağı gətirdiyi maraqlandığımız Spiral: From the Book of Saw, ölkəmizdə 15 mayda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər