Kris Rok

Kris Rok

Aktyor, ssenarist, prodüser, rejissor, bəstəkar

BİOQRAFİYA

Kristofer Culius “Kris” Rok III – amerikalı aktyor, komik, ssenarist, tele/kino prodüser və rejissordur. Daha çox stendap komediya çıxışları ilə məşhurlaşıb. “Comedy Central” telekanalının versiyasına görə bütün tarixlərin ən yaxşı stendap komediyaçılarının reytinqində beşinci yerdə göstərilib. 80-ci illərin ortalarında “New Jack City” və “I’m Gonna Git You Sucka” filmlərində kiçik rollarda iştirak etməklə dolanıb. Onu aktyor olaraq qabağa çəkən tanınmış komediya ulduzu Eddi Mörfi olub. Mörfi onu gecə klublarının birində kəşf edir və “Beverli Hills polisi 2” filminin çəkilişlərinə epizodik rola dəvət edir. Daha sonra Kris “Keçərsən əlimə, əclaf” (1988) adlı filmdə görüntülənib. Filmdə iqrçilikdən bir komediya manevri olaraq istifadə olunub. 1990-cı illərdə Rok öz kumirinin – Eddi Mörfinin tutduğu yolu gedərək, “Şənbə gecəsi canlı efirdə” şousunun aktyor heyətinə qatılır. “Nyu-Cek Siti” filmində Puki adlı narkotik vasitələrdən asılı informator rolunu oynayıb. SNL-də 3 mövsüm keçirdikdən sonra, Rok karyera yüksəlişi üçün başqa fürsətlər axtarışına çıxıb. 1993-cü ildə “Al-əlvan rənglər” serialının bir neçə epizoduna çəkilib. 1993-cü ilin yay aylarında Rok “SNL” dən qovulub. İşsiz qalan aktyor Hollivuda üz tutsa da, kastinqlərdə uğursuzluğa düçar olduğundan stendap komediyaya qayıdır. 1996-cı il onun karyerasında dönüş nöqtəsinə çevrilir. HBO telekanalı onun istedadını yüksək qiymətləndirir. Komik aktyor “Bring the Pain” adlı şouda iştirakına görə tənqidçilərin müsbət rəyini və iki “Emmi” mükafatı qazanır. 1997-ci ildə Rok HBO telekanalında öz “Kris Rok şousu” adlı verilişini açır. Həmin veriliş ona iki “CableACE” mükafatı qazandırır. Elə həmin ərəfələrdə Rok “Serjant Bilko” (1996), “Beverli Hills ninzası” (1996) və “Öldürücü silah 4” (1998) blokbasterlərinə çəkilir. Ardınca “Doqma” (1999), “Cey və Susqun Bob cavab zərbəsi endirir” (2001), “Pis kampaniya” (2001) kimi reytinqli filmlərdə rol alır. 2005-ci ildə isə "DreamWorks" studiyası ilə əməkdaşlığının əsası qoyulur. “Madaqaskar” animasiya franşizasının bütün hissələrində Marti personajını səsləndirib. Televiziya layihələrinə verdiyi töhfələr ona 3 "Emmi" mükafatı və 15 nominasiya qazandırıb. Kris Rok 1996-cı ildə Malaak Kompton-Rokla ailə qurub. Onların birgə nikahdan 2 qız övladı var. Cütlük 2016-cı ildə yollarını ayırıb. Məktəbdə oxuduğu illərdə sinifdə yeganə qaradərili uşaq olub. Ona görə mütəmadi olaraq irqi ayrıseçkiliklə üzləşib. İrqçiliyə qarşı mübarizəsi komikin yaradıcılığına da öz təsirini göstərib. Zarafatlarında çox vaxt irqçiliklə bağlı populyar mövzulara toxunur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%BA,_%D0%9A%D1%80%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç