Rozamund Paykın (Rosamund Pike) radioaktivlik sahəsində etdiyi işlərlə iki fərqli sahələrdə Nobel mükafatı qazanan alim Marie Curie’yi canlandırdığı radioaktivlik sahəsində yeni treyler yayımlandı. Persepolis filminə imza atan Marjane Satrapi’nin rejissoru olduğu Radioactive, 29 mayda premyerası olacaq.
Pride & Prejudice, Die Another Day, Jack Reacher kimi proyektlərdə rol alan, Devid Finçerin (David Fincher) rejissoru olduğu Gone Girl filmiylə “Oskar”a namizəd göstərildikdən sonra adını geniş kütlələrə eşitdirməyi bacaran və özünə daha fərqli rollarda görə biləcəyimiz proyektlərdə yer almağa başlayan Rozamund Payk (Rosamund Pike), radioaktivlik sahəsində etdiyi işləri ilə iki fərqli sahədə “Nobel” mükafatı qazanıb elm dünyasında təməl qoyan Marie Curie‘yi canlandırdığı Radioactive filmiylə izləyici qarşısına çıxmağa hazırlaşır.
2007-ci il istehsalı Persepolis filmiylə “Oskar”a namizəd olan Marjane Satrapi‘nin rejissoru olduğu filmin aktyor heyətində Rozamund Payk (Rosamund Pike) ilə bərabər Anya Taylor-Joy, Sem Rayli (Sam Riley), Aneurin Barnard və Simon Russell kimi adlar yer alır. Lauren Redniss‘in qrafik romanından filmə adaptasiya olunan filmin ssenarisini isə Harry Potter and the Cursed Child’ın ssenaristi, eyni zamanda His Dark Materials serialının ssenaristi Jack Thorne qələmə alır.
Rozamund Payklı (Rosamund Pike) Radioactive, 29 mayda premyerası olacaq. Dünya premyerasını 44-cü Toronto Film Festivalında edən film, Marie Curie’nin həyat yoldaşı Pierre Curie ilə olan münasibətinə və elm dünyasında etdiyi işlərə hədəflənir. Control filmiylə tanınan Sem Rayli (Sam Riley), Pierre Curie’yi, The VVitch və Split kimi qorxu filmləriylə tanınan Anya Taylor-Joy isə Curie cütlüyünün qızları Irene’i canlandırır.