Rozamund Payk

Rozamund Payk

Aktrisa

BİOQRAFİYA

Rozamund Payk 27 yanvar 1979-cu ildə Londonda (İngiltərə) anadan olub. Aktrisa başlıca olaraq “Başqa gün öl” (Bondiana silsiləsindən), “Arvadbaz”, “Cek Riçer”, “Qürur və Qərəz” filmlərində oynadığı rolların hesabına məşhurlaşıb. Baş rolda çəkildiyi ən uğurlu filmi isə 2014-cü ildə çəkilmiş ifrat dərəcədə narsist qadından bəhs edən “İtkin” detektiv trilleri sayılır. Həmin rola görə çoxsaylı mükafatlar qazanıb. Rozamund Payk ailənin yeganə övladıdır. Opera müğənniləri Yulian və Karolina Paykın ailəsində anadan olub. Bristol şəhərinin internat-məktəbində oxuyub. 16 yaşında nüfuzlu Milli Gənclər Teatrının artistləri sırasına daxil edilib. Orada 3 mövsüm səhnəyə çıxdıqdan sonra Oksford universiteti nəzdində Bedhem kollecinə daxil olur və ingilis ədəbiyyatı üzrə ali təhsil alır. Tələbəlik illərində çoxsaylı tamaşalarda iştirak edir. Məzuniyyət ərəfəsində “İngilissayağı izdivac” telefilminə çəkilib. Bir il sonra BBC telekanalında “Qadınlar və qızlar” serialına Herriet roluna dəvət alır. 2001-ci ildə təhsilini başa vuraraq bakalavr dərəcəsi əldə edir. Lazımı kvalifikasiyanı aldıqdan sonra kinokaryerasına başlayır. Bir sıra reytinqli və yüksək büdcəli filmlərə çəkilir. Paralel olaraq teatrdakı fəaliyyətini davam etdirir. 2011-ci ildə Payk “Agent Conni İnqiliş 2” ekşn-komediyasına baş rollardan birinə çəkilir. 2009-cu ildən aktrisa kinooperator Robi Yuniakomla faktiki nikahdadır. Cütlüyün Solo Yuniak və Atom Yuniak adlı iki oğulları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%B9%D0%BA,_%D0%A0%D0%BE%D0%B7%D0%B0%D0%BC%D1%83%D0%BD%D0%B4

 

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç