Sem Rayli 8 yanvar 1980-ci ildə Lids şəhərində (Böyük Britaniya) anadan olub. 1993-cü ildən 1998-ci ilədək Ratlend şəhərində "Uppingham school"da təhsil alıb. Bir neçə il "10,000 Things" qrupunun solisti olub. 2007-ci ilin sentyabrında Rayli "Franklin” filmində Cerald Makmarrou rolu üçün kastinqdən keçir. 2008-ci ildə Britaniyanın "Burberry" moda evinin reklam kampaniyasında iştirak edir. "Nəzarət" filminin çəkilişləri zamanı rumın mənşəlli alman aktrisası Aleksandra Maria Lara ilə tanış olur. Cütlük 2009-cu ildə evlənir. 2014-cü ildə onların Ben adlı oğulları dünyaya gəlir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sam_Riley