Kristian Beyl "Thor: Love and Thunder"da Rol Ala Bilər!

08 Yanvar, 2020

Marvel, Tayka Vaytitinin (Taika Waititi) yazıb, rejissoru olacağı Thor: Love and Thunder filmində rol alması üçün Kristian Beyl (Christian Bale) ilə görüşür. Razılaşma əldə edilərsə Kristian Beyl (Christian Bale), Kris Hemsvort (Chris Hemsworth), Natali Portman (Natalie Portman) və Tessa Tompson (Tessa Thompson) ilə birlikdə rol alacaq.

2017-ci il istehsalı "Tor: Raqnarok" (Thor: Ragnarok) ilə Marvel Film Kainatının ən bəyənilən filmlərindən birinə imza atan Tayka Vaytitinin (Taika Waititi), Thor: Love and Thunder ilə Marvel kainatına geri qayıdır. Tayka Vaytitinin (Taika Waititi) yazıb, rejissoru olacağı yeni Thor filminin avqust ayında başlaması gözlənilən çəkilişləri üçün hazırlıqlar davam edərkən, aktyor heyəti də formalaşmağa başlayır.

Картинки по запросу Christian Bale in Talks to Join ‘Thor: Love and Thunder’

"Tor: Raqnarok"a (Thor: Ragnarok) davam filmi olacaq Thor: Love and Thunder, keçən il San Diego Comic-Con’da eşitdirilmiş və filmin 5 noyabr 2021-ci ildə premyerası olması açıqlanmışdı. Film ilk eşidildiyində Kris Hemsvortun (Chris Hemsworth) Thor rolu ilə geri qayıdacağı, ona "Tor: Raqnarok"dakı (Thor: Ragnarok) Valkyrie rolunu yeniləyən Tessa Tompson (Tessa Thompson) və Ceyn Foster (Jane Foster) rolu ilə geri qayıdacaq olan Natali Portman (Natalie Portman) iştirak edəcəyi açıqlanmışdı.

Collider’ın xəbərinə görə filmdə Kristian Beyl (Christian Bale) də iştirak edə bilər. Marvel, yeni Thor filmində rol alması üçün Beyl ilə görüşür. Son olaraq Ford v Ferrari’də filmsevərlərin qarşısına çıxan Beyl, rolu qəbul edərsə 2012 istehsalı The Dark Knight Rises’dan bəri ilk dəfə bir super qəhrəman filminde rol alacaq.

Похожее изображение

Tayka Vaytitinin (Taika Waititi) imzalı Thor: Love and Thunder, 5 noyabr 2021-ci ildə premyerası olacaq. Beylin əgər razılaşma əldə edilərsə, hansı xarakterə həyat verəcəyi naməlumluğunu qoruyur. Ancaq film haqqında bu ana qədər açıqlanan detallar Beylin Qorxu Tanrısı olaraq bilinən, eyni zamanda Thor’un əmisi olan Cul‘u canlandıra biləcəyini göstərir.

Batman rolu ilə bütünləşən və son illərdə rol aldığı hər filmlə mükafat sezonunda adını eşitdirən Kristian Beylin (Christian Bale) karyerasının bu dövründə niyə bir Marvel filmində rol almağa hazırlandığını anlamaq çətindir. Ancaq proyektin başında Tayka Vaytitinin (Taika Waititi) yer almasının peşəkar aktyorun filmlə bağlı göstərməsinə səbəb olduğu təxmin edilir. Beylin filmdə rol alıb almayacağının gələcək günlərdə dəqiqlik qazanması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər