Cillenhol “Fun Home”un Adaptasiyasında Yer Alacaq!

06 Yanvar, 2020

Ceyk Cillenhol (Jake Gyllenhaal), daha əvvəl Tony mükafatlı bir müzikl olan Fun Home komiksindən adaptasiyası eyniadlı filmin baş rolunda yer alacaq. Son illərdə "Əsirlər" (Prisoners), "Gecə Leşyeyəni" (Nightcrawler) və Nocturnal Animals kimi filmlərdə diqqət çəkici performanslara imza atan peşəkar aktyor Ceyk Cillenhol (Jake Gyllenhaal), filmoqrafiyasına diqqət çəkici proyektlər əlavə etməyə davam edir. Keçən il "Hörümçək adam: Evdən uzaq" (Spider-Man: Far From Home), Velvet BuzzsawWildlife’da filmsevərlərin qarşısına çıxan Ceyk Cillenhol (Jake Gyllenhaal), Tony mükafatlı bir müzikl da kayaklık edən Fun Home komiksindən adaptasiya olunacaq filmin baş rolunu üstlənməyə hazırlanır. Ceyk Cillenhol (Jake Gyllenhaal), baş rolunu üstlənəcəyi Fun Home filminin prodüserləri arasında da yer alacaq.

Картинки по запросу Fun Home: Spider-Man's Jake Gyllenhaal to Star in Film Adaptation

Alison Bechdel‘in uğurla qarşılanan komiksindən adaptasiya olunacaq film, Bechdel’in qeyri-adi ev həyatına hədəflənəcək. Ceyk Cillenhol (Jake Gyllenhaal) filmdə, Bechdel’in ingilis dili müəllimi olan, eyni zamanda bir mərasim evi işlədən atasına həyat verəcək. Fun Home filmini müzikl adaptasiyasının da rejissoru olan Sam Gold rejissorluq edəcək.

Похожее изображение

Bechdel’in 2006-cı ildə yayımlanan komiksi, universitet illərində biseksual bir qadın olaraq kimliyini kəşf etməyə başlayan Alison ilə biseksual olduğunu heç vaxt açıqlamayan atasının iç-içə keçən hekayəsini danışır. Bir avtobusun qarşısına özünü ataraq intihar etməsinin ardından atası haqqında heç bilmədiyi şeylər kəşf edən Alison, bu bilgilər işığında həyatına və keçmişində yaşanan hadisələrə daha fərqli bir gözlə baxmaya başlayır.

Fun Home müziklının da rejissoru olan Sam Gold‘un rejissoru olacağı filmin müzikl elementləri olub, olmayacağı hələlik naməlumluğunu qoruyur. Ancaq işin içində Gold’un olması komikslə yanaşı Tony mükafatlı müziklın da film adaptasiyasında təsirini hiss etdirəcəyini düşündürür.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər