Ceyk Cillenhol

Ceyk Cillenhol

Aktyor, prodüser

BİOQRAFİYA

Ceyk Benjamin Cillenhol 19 dekabr 1980-ci ildə Kaliforniyada (ABŞ) doğulub. Rejissor Stefen Cillenhol və ssenarist Naomi Cillenholun oğludur. Atası Stefen ingilis və isveç əsillidir. Anası isə Nyu-Yorkdan olan yəhudi əsillidir. Ailəsinin kamera arxasında çalışması ona bu sahədə kömək olub. Onun ilk filmi 1991-ci ildə çəkilmiş "Şəhərin dostu" filmidir. Bundan sonra o, "Təhlükəli qadın", "Küçə həyatı" və sair filmlərə çəkilib. O aktyorluq karyerasına 10 yaşından başlayıb. Meggi Cillenhol adında özündən böyük olan bacısı da aktrisadır və onunla birgə "Donni Darko" filmində oynayıb. 1999-cu ildə ekranlara çıxan “Oktyabr səması” bioqrafik dramı Cillenhola dünya şöhrəti qazandırır. Bundan sonra gənc aktyor müxtəlif layihələrdə iştirak etmək təklifləri alır. Rejissor Roland Emmerihin qlobal kataklizmdən bəhs edən “Ertəsi gün” filmində, Sem Mendesin “Dəniz döyüşçüsü” filmində çəkilib. 2005-ci ildə rejissor Enq Linin kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilən “Qozbel dağ” filmində Cek Tvist rolunda çıxış edib. "Fars şahzadəsi: Zamanın qumları", “Düşmən” (2003), “Məhkumlar” (2013), “Patrul” (2012), “Everest” (2015) kimi filmlərdə rol alıb. Cillenhol  2015, 2017-ci illərdə Britaniya kino akademiyası mükafatına namizəd və  2006-cı ildə mükafata sahib olub. Həmin ildə “Oskar” mükafatına namizəd və 2011, 2015-ci illərdə “Qızıl Qlobus” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Jake_Gyllenhaal

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç