R.Reynolds “Dedpul 3” Üçün Hazırlıqlara Başlandığını Açıqladı!

29 Dekabr, 2019

Rayan Reynolds (Ryan Reynolds), Disney-Fox razılaşmasının ardından çəkilib çəkilməyəcəyi maraq mövzusu olan Deadpool 3’ün Marvelin çəkəcəyi və film üçün hazırlıqlara başladıqlarını açıqladı.

Rayan Reynoldsun (Ryan Reynolds) baş rolunda yer aldığı və 18+ olaraq premyerası olan Deadpool seriyası, super qəhrəmanların filmlərdə təmsil olunması mövzusunda uğurlu olan, eyni zamanda Reynoldsun karyerası üçün bir dönüm nöqtəsi halına gəlmişdi. Kassada da yaxşı bir uğur əldə edən ilk iki Deadpool filmindən sonra yeni bir filmin gəlib gəlməyəcəyi maraq mövzusu idi.



Disney-Fox razılaşması sonrasında Deadpool seriyasının aqibəti naməlum hal almışdı. Deadpool xarakterinin yaradıcısı olan Rob Liefeld, bu ilin başında Disney razılaşması sonrası X-Force və Deadpool 3’ün çəkilməsinin çətin olacağını qeyd etmiş və Deadpool heyranlarını kədərləndirmişdi. Deadpool filmlərinin ssenaristləri olan Rett Riz (Rhett Reese) və Pol Vernik (Paul Wernick) isə verdikləri reportajda həm X-Force, həm də yeni Deadpool filminin hələ hazırlıq mərhələsində olduğunu açıqlamışdı. Rayan Reynolds (Ryan Reynolds) da Deadpool 3 üçün hazırlıqlarını davam etdirdiyini qeyd edərək seriyanın heyranlarını ümidləndirən açıqlamalara imza atıb. Rayan Reynolds (Ryan Reynolds): “Komanda ilə birlikdə Deadpool 3 üzərində çalışırıq”.

Похожее изображение

Aylar sonra çəkilib çəkilməyəcəyi maraq mövzusu olan Deadpool 3 ilə bağlı dəqiq qərar açıqlandı. Rayan Reynolds (Ryan Reynolds), qatıldığı Live with Kelly and Ryan proqramında Deadpool 3-ün Marvelin tərkibində çəkiləcəyini və film üçün hazırlıqlara başladıqlarını açıqladı.

Çəkiləcəyinə çox sevindiyimiz Deadpool 3 üçün Rayan Reynolds (Ryan Reynolds), mövzu haqqında: “Bəli, bu an komanda ilə birlikdə Deadpool 3 üzərində çalışırıq. Anidən çempionlar liqası olan Marvel’a keçdik. Bu çılğınlıqdır. Bəli, üzərində çalışırıq.” açıqlamasını verdi. Reynoldsun açıqlamaları bizlərə olduqca ümid verir, ancaq Marvel çatısı altında çəkiləcək olan filmdə, Deadpool xarakterinin necə təqdim ediləcəyi mövzusu naməlumdur. Filmin 18+ olaraq premyerası olub olmayacağı isə maraq mövzusudur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər