"Pişiklər"in Xüsusi Effektləri Yenidən Hazırlanacaq!

24 Dekabr, 2019

Universal Pictures, ABŞ-da premyerası olan "Pişiklər"in (Cats) xüsusi effektləri yenilənmiş yeni bir versiyasını hazırlayır. Bu yeni versiyanı sonrakı günlərdə film salonlarına göndəriləcək.

The King’s Speech"Qayıdacaq" (Les Misérables) kimi “Oskar” mükafatlı filmlərə imza atan Tom Huperin (Tom Hooper) bütün vaxtların ən uğurlu müzikllarından "Pişiklər"i (Cats) filmə adaptasiya edəcəyi açıqlandığında bu xəbər həyəcanla qarşılanmış, ortaya çıxan nəticənin mükafat sezonunda adını eşitdirəcək, işə yarar bir proyekt olacağı təxmin edilmişdi. Filmin aktyor heyətində Cudi Denç (Judi Dench), Yan MakKellen (Ian McKellen), Jennifer Hudson, İdris Elba (Idris Elba) kimi mükafatlı aktyorların daxil olması da bu gözləntiləri dəstəkləyir kimi görünürdü. 

Картинки по запросу ‘Cats’ Makes the Jellicle Choice to Get Updated VFX for a New Theatrical Version

Ancaq filmin ilk treyleri yayımlandığında bütün bu gözləntilər yerinə narahatlıq yaratdı. Yani aktyorların pişiklərə həyat verməsi üçün makyaj və kostyumlar yerinə CGI teknologiyası istifadə edilmişdi və ortaya çıxan nəticə bir çox filmsevərlər üçün çox qəribə, hətta biraz da gülüncdü. Yenə də işin içində Tom Huper (Tom Hooper), Cudi Denç (Judi Dench), Yan MakKellen (Ian McKellen) kimi adların olması bu treylerə baxılaraq film haqqında tamamilə mənfi rəylərə varılmasını əngəllədi. "Pişiklər"in (Cats) xüsusi effektləri hələ istənilən nöqtəyə gəlmədən premyerası oldu.

Film dünyasında son illərin ən böyük fiyaskolarından biri olaraq ağıllarda qalacaq kimi görünən "Pişiklər"in (Cats) niyə belə bir xəyal qırıqlığına çevrildiyi danışılmağa davam edərkən, bu mövzuya biraz olsun açıqlıq gətirəcək bir yenilik yaşandı. Premyera tarixinə çatdırmaq üçün hələ xüsusi effektləri istənilən nöqtəyə gəlmədən filmi təqdim edən Universal Pictures, hal-hazırda premyerası olan filmin xüsusi effektləri yenilənmiş yeni bir versiyasını hazırlayır. Bu yeni versiyaya aid kopyaların gələcək günlərdə film salonlarına göndərilməsi gözlənilir. Türkiyə, Rusiya, İsveç, Yaponiya kimi filmin hələ premyerası olmadığı ölkələrə də bu yeni kopyaların göndəriləcəyi təxmin edilir, ancaq hələ bu mövzu açıqlığa çıxmış deyil.

Похожее изображение

Bu yeni versiyada tam olaraq nələrin dəyişdirildiyi də hələlik naməlumluğunu qoruyur. Yayımlanan ilk treyler yayımlandıqdan sonra filmin tamamında xarakter dizaynlarını dəyişdirən studiyanın, yenə filmin tamamında dizayn dəyişikləri etmiş ola biləcəyi danışılır. Digər tərəfdən studiyanın qüsurların gözə batdığı bir neçə səhnədə düzəliş etməklə kifayətlənəcəyi də deyilir.

Edilən bu dəyişiklərin filmdə işə yarayacaq bir fərq yaratması imkansız görünür. Yani filmin tələsik hazırlanan xüsusi effektlərdən çok daha böyük problemləri olduğu deyilir. Ancaq yaşanan bu vəziyyət "Pişiklər"in (Cats) belə böyük bir fiyaskoya çevrilməsinə yol açan müddətin ortaya çıxması baxımından önəmlidir. Görünür ki, Tom Huper (Tom Hooper) və komandası, studiya tərəfindən müəyyən edilən tarixə çatdırmaq üçün hələ tam olaraq hazır olmayan bir filmi filmsevərlərə təqdim etmək məcburiyyətində qalıblar.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər