Tom Huper

Tom Huper

Aktyor

BİOQRAFİYA

Tomas Corc (Tom) Huper - britaniyalı kinorejissordur. “Lənətlənmiş Yunayted”, “Səfillər”, “Kral danışır”, “Danimarkalı qız” filmlərinin rejissoru kimi məşhurlaşıb. Ən yaxşı rejissor işi nominasiyasında (Kral danışır) “Oskar” laureatı olub. Tom Huper 1972-ci ildə Londonda Meredit və Riçard Huperin ailəsində anadan olub. Təhsilini Highgate School və Westminster School məktəblərində alıb. 13 yaşında 16 mm “Bolex” kamerası ilə “Painted Faces” adlı ilk qısametrajlı filmini çəkir. Kameranı ona əmisi hədiyyə edib. 1992-ci ildə sözü gedən lent “Channel 4” kanalında nümayiş olunur. Filmin çəkilişi qismən Pol Vaylend tərəfindən maliyyələşir. 2009-cu ildə “Lənətlənmiş Yunayted” filmi çıxır, ekran əsəri “Lids Yunayted” futbol klubundan bəhs edir. 2010-cu ildə Huper “Kral danışır” filmini lentə alıb. Ekran əsəri dörd nominasiyada “Oskar” mükafatçısı olur, o cümlədən ən yaxşı film seçilir. Huper özü isə ən yaxşı rejissor kimi “Oskar” laureatı olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0393799/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç